Ana səhifə Planet |
"İraq Şam İslam Dövləti" terror təşkilatı Avropa Birliyinin bəzi dövlətlərinə neft satışını həyata keçirir".
Axar.az xəbər verir ki, bu iddia ilə AB-nin İraq üzrə nümayəndəsi Yana Xibaskova çıxış edib.
Avropa Parlamenti Xarici İşlər Komissiyasında danışan Xibaskova İŞİD-dən neft alaraq təşkilata maliyyə axınını təmin edən ölkələrin adlarını açıqlamaqdan imtina edib. Xibaskova bəzi Avropa ölkələrinin bölgə ölkələri üzərindən tankerlərlə neft daşıdığını bildirərək İran, Türkiyə və İraqın kürd rəhbərliyinə təzyiqlər edilməsinin lazım olduğu vurğulanıb.
İŞİD-ə qarşı silah yardımı edən AB üzvlərinin koordinasiya şəklində hərəkət etmədiyini, bu üzdən də göndərilən silahların da İŞİD-in ya da PKK-nın əlinə keçmə ehtimalının yüksək olduğunu vurğulayıb. Bununla bağlı olaraq NATO liderliyində bir beynəlxalq hüquqi çərçivəyə ehtiyac duyulduğu qeyd edilib.
Tarix
2014.09.02 / 23:06
|
Müəllif
Pərviz Həsənov
|