Yuxarı

Prezident 54 nömrəli məktəbdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər hər il olduğu kimi, bu il də davamlı olaraq həyata keçirilir. Təhsil, səhiyyə, mədəniyyət müəssisələri əsaslı şəkildə yenidən qurulur, yeni-yeni məktəb binalarının və uşaq bağçalarının inşası uğurla həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbov 54 nömrəli tam orta məktəbdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edildi ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlətimizin başçısı sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.

Tarix
2014.09.02 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla