Yuxarı

Prezident Almaniya nümayəndə heyətini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan ilə Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı orada keçirilən biznes forumun əhəmiyyətini qeyd etdi. Alman-Azərbaycan Forumunun fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bu forumun Azərbaycan həqiqətləri və ölkəmizdə əldə olunan nailiyyətlər barədə Almaniya ictimaiyyətinin daha çox məlumat əldə etməsi baxımından önəmli olduğunu bildirdi.

Azərbaycan Prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi keçirdiyini bildirən Hans-Eberhard Şlayer ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O, ölkəmizə nüfuzlu siyasətçilərdən və sahibkarlardan ibarət nümayəndə heyəti ilə səfər etdiklərini qeyd etdi.

Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda və dünyada gedən proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2014.09.02 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla