Yuxarı

Deputatın Qarabağ səfəri qalmaqal yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Seyminin (parlamentinin) deputatı - Dalya Kuoditenin Dağlıq Qarabağa səfəri etirazlar doğurub.

Axar.az xəbər verir ki, ölkə ictimaiyyəti deputatın bu səfərini pisləyib. Etirazlarda qeyd edilib ki, Dağlıq Qarabağ Respublikası qondarmadır və ermənilər tərəfindən işğal olunmuş bölgəyə səfər qanunsuzdur.

Litvanın müxtəlif ictimai-siyasi təşkilatları, birlikləri deputatın bu səfərini qınayıblar. Həmçinin, ölkə mətbuatı bu səfərə tənqidi yanaşıb. Litvanın Azərbaycandakı səfirliyindən isə Trend-ə bildirilib ki, səfər şəxsi təşəbbüslə baş tutub.

Ermənistan KİV-in məlumatına görə, litvalı deputat sentyabrın 1-də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə, Dağlıq Qarabağa səfər edərək separatçı rejimin nümayəndələri ilə görüşüb.

Xatırladaq ki, Dağlıq Qarabağa və Ermənistanın işğal etdiyi digər Azərbaycan ərazilərinə Azərbaycan tərəfi ilə razılaşdırılmamış səfərlər qanunsuz hesab edilir, bu səfərləri edən şəxslər isə Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına salınırlar.

Tarix
2014.09.02 / 13:41
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla