Yuxarı

Şok: Ukrayna Krıma elektrik enerjisi verməyə başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım şəhərlərinin elektrik enerjisi ilə təminatı yenidən bərpa edilib.

Axar.az "Krımenerji" şirkətinin bu gün yayımladığı məlumata istinadən xəbər verir ki, sistem tam gücü ilə işləyir.

"Elektrik enerjisi kəsilmişdi, ancaq indi biz yenə də Ukraynadan enerji alırıq". Lakin elektrik enerjisinin verilməsində yaranan fasilənin səbəbləri aşçıqlanmayıb.

Krım respublikasının başçısı vəzifəsini icra edən Sergey Aksyonov öz növbəsində jurnalistlərə bildirib ki, Ukrayna hələ elektrik enerjisi nəqlini bərpa etməyib. "20:00-dək bərpa edəcəklərinə söz veriblər. Əgər işığı verməsələr, öz gücümüzlə öhdəsindən gələcəyik".

O qeyd edib ki, hazırda dörd elektrik ötürücüsündən yalnız biri fəaliyyət göstərir. Hazırda Krımın elektrik enerjisi təminatı öz mənbələrimiz hesabına həyata keçirilir.

Xatırladaq ki, avqustun 31-də təxminən 23:00-dan etibarən Krımın Ukrayna tərəfindən elektrik enerjisi ilə təminatı dayandırılıb. Yarımadanın iri şəhərləri – Kerç, Koktebel, Yalta, Sevastopol şəhərləri və Simferopolun bəzi ətraf rayonları işıqsız qalıb.

Tarix
2014.09.01 / 17:50
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla