Yuxarı

İraqa çevrilmiş xristian ölkəsi - təhlil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Avropada futbol klubları, holdinqlər, dəbdəbəli hotellər alan ərəb şeyxlərini nə İraqda illərdir sürən terror, nə Əfqanıstanda, Pakistandakı qaşıdurmalar, nə Qəzzada bombalanan fələstinlilər, nə də başıkəsilən suriyalılar maraqlandırır. Qətərin, Küveytin, Səudiyyə Ərəbistanın, Livanın, Birləşmiş Ərəb Əmirliklərinin Yaxış Şərqdəki təlatümlər, müsəlmanlara edilən zülmlər tükünü də tərpətmir. Eynilə İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası kimi əldəqayırma, marionetka qurumlar da aciz və biganədirlər. Dünya sosial şəbəkələri və mediası isə elə bir gün yoxdur ki, güllələnən, boynu vurulan, başı kəsilən, şallaqlanan müsəlmanın tükürpədici kadrlarını təqdim etməsin. Təkcə İranı müsəlmanların təssübünü çəkən istisna dövlət kimi qismən göstərmək olar. O da Bəşər Əsədə şiə yaraqlılarını təmin etməklə müsəlman dünyasında böhranın dərinləşməsinə xidmət edir. Müsəlman dünyası özü özünü içindən yeyir. Hətta Qərbin bu konfliktin böyüməsində rolu varsa da, müsəlman ölkələrinin qətiyyətsizliyi xüsusi vurğulanmalıdır. Axı haradadır ərəb yazıçıları, ziyalıları? Niyə bədəvi, ibtidadi şüurundan qurtuluş üçün çağırışlar edilmir? Nə üçün XXI əsrdə müsəlman başı kəsilməlidir və bu, adi hala çevrilməlidir? Sosial şəbəkələrdə, xəbər portallarında yayımlanan bu videolar təəccübləndirmir, nifrət oyatmır, hətta "qılınc müsəlman" deyibən bəraət qazandırılır. Niyə? Bütün suallar açıq qalır.

***

Çünki İraqda, Əfqanıstanda, müsəlman ölkələrində hər gün partlayış, terror xəbərlərini almaq necə adiləşibsə, xristian dövləti olan Ukraynada da separatçılarla ordu arasındakı döyüşlərdən gələn məlumatlar daha heç kəsin diqqətini çəkmir. Bu da sizə - illərdir Amerikanın müsəlmanları qırması arqumentinə əks-arqument. Ukrayna kimi 40 milyon əhalisi olan xristian dövləti parçalanıb, Krım ilhaq olunub, ölkənin şərqində döyüşlər dayanmır, Putin böhranın uzun müddət davam edəcəyini söyləyir, Qərbdən ciddi bir müqavimət görünmür. Yanukoviçi devirmək bahasına başa gələn "Maydan" hərəkatı xalq inqilabı deyil, ölkənin parçalanması ilə nəticələnir. Və müsəlman dünyasına veriləcək sual slavyan dünyasına da şamil edilməlidir - Serbiya, Xorvatiya, Slovakiya, Belorus, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Bolqarıstan və s. dövlətlər hara baxır? Ukraynadan gələn xəbərlər, videolar, çıxışlar İraqdakı terror hadisəsində "bu günü daha 30 nəfər öldü" başlıqlı informasiyalar qədər adiləşib. Nə ki anormaldır - onu xalqlara qəbul etdirirlər, sonra kütləviləşdirib gözdən salırlar. İndi marginal İŞİD qruplaşmasının zombiləşmiş üzvünün başkəsmə səhnəsi bir müsəlmanın, bir insanın nə dərəcədə ürəyini ağrıdırsa, Donetsk, Luqanskda günahsız slavyanların da öldürülməsi xristian dünyasını narahat etməlidir. Çünki özünü əsl müsəlman elan edən İŞİD-çi şiə müsəlmanı kafir sayıb qətl edirsə, bir rus slavyan da ukraynalı slavyanı öldürməkdədir. Kəsəsi, fakt faktlığında qalır - gözümüzün qabağında xristian ölkəsi olan Ukrayna İraqa çevrilməkdədir...

Emin Aslanlı (bazar günü qeydlərim)

Tarix
2014.09.01 / 09:00
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla