Yuxarı

Ərdoğan Bakıya gəlir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir.

ANS-in məlumatına görə, çətin və maraqlı seçkidən sonra Çankaya köşkünə yerləşən Ərdoğan ailəsi hələ köşkündə qərar tutmamış prezidentin səfərləri başlayıb. Ərdoğan bu gün tərfdarları qarşısında təcili işə başlamasını belə bir zamanda vaxt itirməyin qətiyyən yolverilməz olması ilə əsaslandırıb: "İşləmək və dövlətin adını yüksəltmək lazımdır".

Prezident seçkisində səslərin 50 faizdən çoxunu qazanan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycana səfər edəcək. Prezident kürsüsünə sahib olan Ərdoğanın dövlət başçısı olaraq səfər edəcəyi ilk ölkənin Azərbaycan olması təsadüfü deyil. Baş nazir olduğu zamanlarda da Azərbaycana olan xüsusi sevgi və hörmətlə yanaşan Rəcəb Tayyib Ərdoğan bütün seçkilərdən sonra ilk səfərini məhz Bakıya edib.

Azərbaycan Prezidenti İlham Əliyevdə prezident seçkisindən sonra ilk səfərini qardaş Türkiyəyə etmişdi. Artıq bir ənənə halını alan bu səfərlər əslində hər iki dövlətin eyni kökə malik olduğunu, dostuq münasibətlərinin qorunub saxlanılmasına bir işarədir.

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident kürsüsündə oturar-oturmaz Azərbaycana səfərə gəlməsi isə əlaqələrin daha da möhkəmləndirərək yeni uğurların əldə edilməsinə şərait yaradacağı şübhəsizdir.

2-3 sentyabr tarixlərində dövlət başçısı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutucaq görüşdə hər iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir.

Tarix
2014.08.31 / 23:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla