Yuxarı

Ukrayna 9 rus desantına Rusiyadan 63 əsgərini aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sərhədi keçərək bu ölkədən sığınacaq istəyən 63 hərbçini Ukraynaya qaytarıb.

Axar.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə RF hava-desant qoşunlarının komandir müavini Aleksey Roqozin məlumat verib.

Generalın sözlərinə görə, hərbçilər Rostov vilayətindəki çadır düşərgədə saxlanılır və burada zəruri yardımı alırdılar. Bu gün onları hərbi-nəqliyyat təyyarəsi ilə Belqorod hava limanına gətiriblər, buradan isə Nexoteyevka buraxılış məntəqəsinə apararaq Ukrayna tərəfə təslim ediblər.

Bununla yanaşı Ukrayna ordusu tərəfindən əsir götürülən 9 rus desantı da Xarkov vilayətinin Qoptovka buraxılış məntəqəsində Rusiya tərəfinə təhvil verilib.

Xatırladaq ki, Ukraynanın 63 hərbçisi 27 avqustda Rusiya sərhədçilərinə müraciət etdikdən sonra silahlarını təhvil verərək Rusiya ərazisinə buraxılmışdılar.

Tarix
2014.08.31 / 20:15
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla