Yuxarı

Millət vəkili: "Putin avantürasını Azərbaycan hiss edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya bazarına yönələn Qərb sanksiyaları orada bizim fermerlər və inhisarçılar üçün nə qədər əlverişli imkanlar yaratsa da, mövcud maaşların səviyyəsinə və infilyasiyanın sürətli artım təhlükəsinə görə əhalinin aztəminatlı hissəsi öz ölkəmizdə ciddi əziyyət çəkəcəkdir".

Axar.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa öz Feysbuk səhifəsində qeyd edib.

O, əlavə edir ki, Putinin avantürasının əziyyəti artıq Azərbaycanda da özünü hiss etdirməyə başlayır:

"Son günlər bazarda bütün meyvə, tərəvəz və bostan məhsullarının qiyməti sürətlə artmağa başladı. Müvafiq olaraq bütün qida-ərzaq xassəli məhsullarının və sənaye mallarının, eləcə də xidmət sferasında qiymətlərin qalmasınnı qaçınılmaz olduğunu görürük. Rusiya bazarına yönələn Qərb sanksiyaları orada bizim fermerlər və inhisarçılar üçün nə qədər əlverişli imkanlar yaratsa da, mövcud maaşların səviyyəsinə və infilyasiyanın sürətli artım təhlükəsinə görə əhalinin aztəminatlı hissəsi öz ölkəmizdə ciddi əziyyət çəkəcəkdir".

Deputat əlavə edir ki, hökumət dərhal təxirəsalınmaz tədbirlər barədə düşünməli və dəqiq bir strategiya izləməlidir:

"Maaşların, pensiyaların hansısa 5-10 faiz qaldırılması cüzi bir yüngülləşmə sayıla bilər. Əsas tədbirlər qiymət artımının sıçrayışının qarşısını almağa yönəlməlidir. Bu vəziyyət Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalara başlanılan andan gözlənilirdi, ancaq həmişəki kimi, bizdə xəstəliyin baş vermə ehtimalını əsas alan profilaktik addımlar olmur, xəstəliyə yoluxandan sonra birbaşa müalicə və cərrahiyyə barədə düşünülür".

Tarix
2014.08.31 / 15:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla