Yuxarı

Robert Köçəryan: "Ermənistan batır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan iqtisadiyyatı böyük neqativ gözləntilər zolağına daxil olub".

Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada rus dilində çıxan "Nuhun gəmisi" qəzetinə müsahibəsində deyib.

Köçəryan bildirib ki, Ermənistan iqtisadiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici əsasları yoxdur: "Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşlıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək - bunların təsirini hələ qiymətləndirmək lazımdır. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək? Bu da məlum deyil".

Köçəryan "bəs nə etmək lazımdır" sualına cavabında deyib ki. iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır.

Öz hakimiyyəti dövründə oliqarxları görünməmiş dərəcədə gücləndirən Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır: "Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal vermək lazımdır ki, işgüzarlıq arzuolunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır".

Eks-prezidentin orijinal təklifləri də var: "İş həftəsini də çoxsaylı "mereloslarla" deformasiya etməyə son qoyulmalıdır" ("merelos" – azərbaycanlılarda cümə axşamları kimidir, ancaq ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur-red.) .

Köçəryanın daha bir orijinal təklifi budur: "Avqustda səhər 6-da gün çıxır, iş isə saat 9-da başlanır. Bu da anormaldır".

Köçəryanın fikrincə, bu iş rejimini "ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox"

Azadlıq.org

Tarix
2014.08.31 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla