Yuxarı

Barrozu Rusiya əleyhinə yeni sanksiyalardan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrokomissiyanın sədri Joze Manuel Barrozu bildirib ki, Avrokomissiya artıq yeni anti-Rusiya sanksiyaları hazırlayır və AB üzvü ölkələri yeni məhdudiyyətləri bəyənəcəklər.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Barrozu Ukrayna Prezidenti Poroşenko ilə danışıqlar zamanı bu qərarın üzv ölkələrinə aid olduğunu vurğulayıb: "Mənim Avrokomissiya adından deyə biləcəklərim odur ki, əgər üzv ölkələr sanksiyalar barədə daha uzağa getmək istəsələr, biz artıq bir neçə variant hazırlamışıq. Ümid edirəm ki, AB bəzi yeni tədbbirlər görəcək".

Öz növbəsində Poroşenko da bildirib ki, Ukraynaya qarşı yürütdüyü siyasətə görə AB-nin Pusiyanı cavabsız qoymayacağına ümid edir.

Xatırladaq ki, qərb ölkələri, o cümlədən AB və ABŞ Rusiyaya qarşı ilk sanksiyalar paketini 2014-cü ilin martında Krımın RF-yə birləşdirilməsindən sonra tətbiq etmişdilər. Sonradan sanksiyalar bir neçə mərhələdə daha da kəskinləşmişdi. Sanksiyalar siyahısı sonuncu dəfə 26 iyulda yenilənib. 31 iyunda AB Şurası Rusiya əleyhinə sektor sanksiyaları təsdiqləyib. AB neft sənayesi avadanlıqlarının ixracını məhdudlaşdırıb, Rusiyanın dövlət nəzarətində olan bankların aksiya və istiqrazlarının Avropada satışını qadağan edib.

Tarix
2014.08.31 / 11:22
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla