Yuxarı

“Azərbaycandan ABŞ-a sərt cavab” - Türk mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin çıxışı Türkiyə mətbuatında geniş müzakirə mövzusuna çevrilib.

Axar.az xəbər verir ki, qonşu ölkənin media qurumları "Azərbaycandan ABŞ-a sərt cavab" başlıqlı yazılarda nazirlik nümayəndəsinin ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psakinin ölkəmiz barədə dediyi fikirlərə münasibəti yer alır.

Məqalədə Elman Abdullayevin ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psakinin Azərbaycanda insan hüquqlarının və vətəndaş cəmiyyətinin vəziyyəti ilə əlaqədar şərhlərinə cavab olaraq "ABŞ başqa ölkələrdə problemlər axtarmaq əvəzinə daxilində, insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərini həll etsin",- deyə münasibəti qeyd olunur.

Eyni zamanda məqalədə Cen Psakinin Azərbaycanla bağlı dilə gətirdiyi fikirlərin əsassız və qəbul edilməz olduğunu bildirən nazirlik rəsmisinin bu sözləri yer alıb: "Siyasi mahiyyət daşıyan, Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq cəhdlərinə xidmət edən bu tipli şərhlər həqiqəti əks etdirmir. ABŞ-ın özündə insan hüquqları, sərbəst toplaşmaq azadlığı ilə bağlı ciddi problemlər var. ABŞ-ın Missouri əyalətinin Ferquson şəhərində meydana gələn hadisələr bir daha göstərdi ki, insan haqqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşma və ifadə azadlığının təmin edilməsi, etnik və irqi ayrı-seçkiliyin qarşısının alınması üzrə öhdəsinə götürdüyü öhdəliklərə riayət etmək fikrindən uzaqdır".

Tarix
2014.08.30 / 23:28
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla