Ana səhifə İqtisadiyyat |
Rusiya ilə Ukrayna arasında təbii qazın ixracı mövzusunda qiymət davası səngimək bilmir.
Axar.az xəbər verir ki, Ukraynanın Enerji və Kömür naziri Yuri Prodan Rusiyanın 100 dollarlıq endirimlə min kubmetr üçün 385,5 dollarlıq təklifini rədd etdiklərini bildirib.
"İnterfaks"ın verdiyi xəbərə görə, Prodan təşkil etdiyi mətbuat konfransında Rusiyanın təklif etdiyi qiyməti "ədalətsiz" adlandırıb: "Biz min kubmetr üçün 485 dollardan 100 dollarlıq endirimlə 385 dollara endirilməsi təklifini aldıq. Bunun ədalətli bir rəqəm olmadığını düşünürəm".
Xatırladaq ki, Rusiyanın Enerji naziri Aleksandr Novak, Avropa Birliyi Enerji komissarı Qünter Ettinger və "Qazprom"un sədri Aleksey Millerlə görüşündən sonra verdiyi açıqlamada min kubmetr üçün 100 dollar endirimlə 385 dollar təklif edildiyini açıqlamışdı.
Miller də verdiyi açıqlamada Ukraynaya təbii qaz ixracının bərpa edilməsi üçün öncə 2013-cü ildən qalan 1,45 milyard dollar borcun ödənilməsinin vacib olduğunu qeyd edib.
Tarix
2014.08.30 / 11:34
|
Müəllif
Şəmsəddin Ənsar
|