Yuxarı

“Türkiyənin Ermənistanla olan ənənəvi siyasəti sərtləşəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Ermənistan mətbuatı Ankara ilə olan ənənəvi münasibətlərin daha da sərtləşəcəyini özləri də böyük narahatçılıqla ifadə edirlər".

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş məsləhətçisi, politoloq Elman Nəsirov yenicə prezident statusu qazanmış Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən ilk səfərini şərh edərkən deyib.

Elman Nəsirov bildirib ki, dünya praktikasında və münasibətlər sistemində yazılmamış qaydalara əsasən, iki dövlət arasında xüsusi münasibətlər mövcuddursa, dövlət başçıları prezidentlik postunu tutduqdan sonra ilk səfərlərini adətən sözügedən dövlətlərə edirlər:

"ABŞ və Böyük Britaniyada bu analoji vəziyyət illərdir ki, davam edir. Eyni vəziyyət Türkiyə-Azərbaycan münasibətlərində də özünü göstərir. Prezident Ərdoğan ilk səfərini Azərbaycana, ikinci səfərini isə Şimali Kiprə edəcək. Bu da onu göstərir ki, hər iki ölkə strateji tərəfdaşlıq və müttəfiqlik məsələsində üst səviyyədədir. Bu səfər həm də Türkiyənin xarici siyasətini müəyyən edən əsas prioritetlərinin bundan sonrakı taleyindən xəbər verir. Yəni qardaş Türkiyə Bakı ilə siyasi əlaqələrə böyük üstünlük verir. Gözlənilən səfər eyni zamanda Sərkisyanın Ərdoğanı təbrik etməsi ətrafındakı manipulyasiyalara tutarlı cavabdır. Məlumdur ki, inauqurasiya mərasiminə Ermənistan Xarici İşlər naziri də qatılmışdı. Bu dəvətdən sonra belə fikirlər yayılmağa başladı ki, guya Ankara İrəvanla münasibətində yeni fazaya qədəm qoyur. Hesab edirəm ki, kökündən yanlış yanaşmadır və Ərdoğanın səfəri həm də bu cür yanaşmaların yersiz olduğunun sübutudur. Amma bu o demək deyil ki, Türkiyə Ermənistanla düşmənçilik siyasətindədir. Əksinə, Ankara İrəvanla əlaqələrə maraqlıdır. Amma müəyyən şərtlər daxilində. Bu da ilk növbədə Ermənistanın Türkiyə ilə sərhədlərinin açıq olmamasına səbəb olan məsələni həll edəcəyi zaman baş tuta bilər. Bax, bu zaman Türkiyə İrəvanla olan münasibətlərində adekvat addım atacaq. Hazırda Ermənistan mətbuatı qardaş ölkənin sayca 12-ci prezidenti olan Ərdoğanın 2002-ci ildən bu yana İrəvanla bağlı siyasətində yanlışlığa yol verdiyindən yazır. Erməni jurnalistlər Türkiyə dövlət başçısının ümumxalq səsverməsi ilə seçilməsi və Davudoğlunun vəzifəsinin daha da yüksəlməsini narahatçılıqla qarşılayırlar. Onların qənaətinə görə, bundan sonra Ankara İrəvana qarşı siyasətində daha da sərt mövqe ortaya qoyacaq".

Elman Nəsirov onu da qeyd etdi ki, səfər regional iqtisadi layihələr baxımından da çox əhəmiyyətlidir:

"Ərdoğanın yeni statusda Azərbaycana səfəri zamanı ərazi bütövlüyümüz, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə olan aqressiv siyasəti, enerji təhlükəsizliyi, TAP və TANAP layihələrinin gələcək inkişafı ilə bağlı məsələlər əsas müzakirə predmeti olacaq. Bu baxımdan da səfər regional və geosiyasi əhəmiyyət daşıyan bir səfər olacaq".

Tarix
2014.08.30 / 10:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla