Yuxarı

Narışkin Türkiyədən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən dönən Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin ölkəsi ilə Türkiyə arasında əlaqələrə toxunub.

Axar.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o, iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyini dilə gətirib.

Parlament sədrinin sözlərinə görə, Moskva və Ankara arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir, bəzi istiqamətlərdə isə bu yaxınlıq strateji partnyorluq xarakteri daşıyır.

İki ölkə arasında mal dövriyyəsinin həcminə toxunan Narışkin diqqətə çatdırıb ki, hazırda bu rəqəm 33 milyard dollara çatıb. Hər iki tərəfin bir çox sahədə - turizm, ağır metallurgiya və neft məhsullarının nəqlində əməkdaşlıqda maraqlı oluduğunu xatırladan spiker bu günlərdə Ankarada açılan Rusiya Elm və Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasından məmnunluq ifadə edib.

Tarix
2014.08.29 / 17:16
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla