Yuxarı

Aydın Mirzəzadə: “Biz bacarırıq və bacaracağıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AL pley-off mərhələsində Hollandiyanın "Tvente" klubunu məğlub edən Qarabağ hər birimizin sevincinə səbəb oldu".

Axar.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə klubumuzun bu uğuru ilə bağı fikirlərini bölüşüb.

Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycan klubları Avropa meydanında öz sözünü deyə bilir:

"Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarında "Qarabağ" futbol komandasının Hollandiyanın "Tvente" klubu ilə mübarizəsinin nəticəsi bütün Azərbaycana böyük bir sevinc yaşatdı. Muarem Muaremin 51-ci dəqiqədə hesabı bərabərləşdirməsi və sonacan hesabın dəyişməməsi (1:1) hamımızın sevincinə səbəb oldu. Bununla da "Qarabağ" öz tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı.

Qələbənin özgə meydançasında və tanınmış bir komanda ilə gərgin bir mübarizədə qazanılmsının özü də diqqəti çəkən bir məqamdır. Artıq Azərbaycan futbol komandaları Avropanın meydançalarında öz sözlərini deyə bilirlər. Hesabı öz xeyrimizə dəyişə bilirik. Bir neçə komandamız var ki, xarici futbol komandaları onlarla oyuna böyük məsuliyyətlə hazırlaşırlar.

"Qarabağ", "Neftçi", "Xəzər-Lənkəran" klublarının timsalında Azərbaycan futbolunun inkişafı göz qarşısındadır. Digər klublarımızın da uğurları vaxtaşırı azarkeşləri sevindirməkdədir. Ölkəmizdə futbolun inkişafına göstərilən qayğı öz nəticəsini verməkdədir. Klubların maddi-texniki bazaları möhkəməndirilir, uşaq futboluna diqqət artırılır, xarici futbol mütəxəssislərinin təcrübəsindən maksimum yararlanırlar.

Bütün bunalrın hamısı isə ümumilikdə Azərbaycanın bir dövlət kimi güclənməsi nəticəsində baş verir. Düzgün siyasət güclü dövlət, güclü iqtisadiyyat yaranmasına, ölkənin üzünə inamının artmasına və bir çox sahələrdə böyük uğurlara gətirib çıxarır.

"Qarabağ"ın uğuru göstərdi ki, biz bacarırıq və biz bacaracağıq".

Tarix
2014.08.29 / 10:36
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla