Yuxarı

"Heydər Əliyev mənim bütün çıxışlarımı dəstəkləyib..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq dövlət müşaviri politoloqu "beşinci kolon"un nümayəndəsi adlandırdı"

"Vəfa Quluzadə o qədər mənasız və gülməli açıqlamalar verir ki, adamın onun yerinə utanmağı gəlir". Bu sözləri Editor.az-a açıqlamasında politoloq Rasim Ağayev həmkarı Vəfa Quluzadənin Rusiyanın nüvə silahına əl atacağı ilə bağlı fikirlərini şərh edərkən belə deyib. Onun sözlərinə görə, göydən yerə daş düşsə, Vəfa Quluzadə deyəcək, bu daşı Rusiya göydən yerə atıb: "Bu adam ya cəmiyyəti ələ salıb, ya da nə danışdığının fərqinə varmır. Necə ola bilər ki, Rusiya nüvə silahına əl atmağa hazırlaşsın, bundan Qərbin yox, Vəfa Quluzadənin xəbəri olsun.

Bütün hallarda Kremlin belə bir niyyəti olsaydı, bütün dünya silahını ona qarşı tuşlayardı. Digər yandan Rusiyanın buna ehtiyacı da yoxdur. Sadəcə bir qrup Rusiyanı gözdən salmağa, Putinin timsalında vəhşi obrazı yaratmağa çalışır. Vəfa Quluzadə də bu siyahıda yer alır və nəyin bahasına olursa-olsun sifarişlə Rusiyaya böhtan yağdırmağa, onu ləkələməyə çalışır".

R.Ağayevin sabiq dövlət müşaviri haqqında dəyərli politoloqumuzun nə düşündüyünü soruşanda maraqlı cavab eşitdik: "İlk dəfə mənim haqqımda buna bənzər fikirləri Rusiyanın Azərbaycandakı səfiri Doroxin demişdi. Bildirmişdi ki, qəzeti açıram, Vəfa Quluzadəni görürəm, jurnalı açıram, radionu, televizoru açıram, yenə onu görürəm. İndi qorxuram pəncərəni açam, ordan da Vəfa Quluzadə içəri girər. Əlavə etmişdi ki, Azərbaycanda külək əsəndə də Vəfa Quluzadə hesab edir burda Rusiyanın əli var. Mən də dedim cənab səfir, axı doğrudan da Moskva ilə Bakı arasında qəribə bir əlaqə var, sizdə hava soyuyanda bizdə də soyuyur". V.Quluzadə bildirdi ki, R.Ağayevin açıqlaması təsadüf deyil: "Buna komanda verilib.

Özü də tək o, deyil, başqaları da var. Mən onları çox narahat edirəm. Çünki mən Azərbaycanda populyaram, xalq mənə inanır. Mən elə Rusiya mənbələrindəki həqiqətləri burda xalqa açıqlayıram və xalqın diqqətini cəlb edirəm. Heç kim unutmasına, mən ilk dəfə məmur olaraq Azərbaycan ictimaiyyətində Rusiyadan qorxmamağı təlqin etmişəm. Hətta jurnalistikada "şimal qonşumuz" deyirdilər, Rusiya deməyə çəkinirdilər. Mən ki, dövlət müşaviri ola-ola Rusiyanın Azərbaycan torpağını işğalını, Ermənistanı silahlandırmasını demişəm, bunlar əhalini xeyli cəsarətləndirib. Hətta onda məndən soruşurdular ki, Vəfa müəllim, tək gəzməyə qorxmursunuz, killer göndərib sizi vurarlar? Deyirdim heç nədən qorxmuram, qoy göndərsinlər. İndi Rasim Ağayev "beşinci kolon"un nümayəndəsidir. Onlara komanda verilib ki, gəlin bunun əleyhinə səsinizi qaldırın. Amma onların səyləri boşa çıxacaq. Mən Rusiyanı şiddətli surətdə dövlət müşaviri ola-ola tənqid etmişəm. Amma Heydər Əliyev mənim bütün çıxışlarınımı dəstəkləyib və güldən ağır söz deməyib. Hətta Rusiya səfirliyi qarşısında mitinq təyin edəndə də bununla bağlı Heydər Əliyevlə məsləhətləşib onun razılığını almışdım".

Tarix
2014.08.28 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla