Yuxarı

Poroşenko Rusiyaya hərbi malların ixracını dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna nəhayətdə hərbi məqsədlərlə istifadə oluna biləcək hərbi və ikili təyinatlı malların Rusiyaya ixracına qadağa qoyub.

Axar.az Ukrayna mediasına istinadən bildirir ki, Prezident Poroşenko Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının müvafiq qərarını öz fərmanı ilə təsdiqləyib. Sənədin mətni rəsmi saytlarda yayımlanıb.

Üç bənddən ibarət olan sənəddə o da qeyd edilir ki, məhdudiyyət dinc məqsədli tədqiqatlarda istifadə olunan kosmik texnikaya şamil edilmir.

Xatırladaq ki, Ukrayna Müdafiə Sənayesi dövlət komitəsi martın sonlarında Rusiyaya silah satışının dayandırıldığını elan etmişdi. Konsernin rəhbəri vəzifəsini icra edən Yuri Tereşenko o zaman etiraf etmişdi ki, belə olan halda müdafiə sənayesinə ciddi ziyan dəyəsək. "Bəli, biz iqtisadi baxımdan itirəcəyik, ancaq rəqibin ordusunu silhlandırmaq nə dərəcədə ağıllı hərəkətdir?"

Ekspertlərin məlumatına görə, iki ölkənin hərbi əməkdaşlığının ən mühüm elementi Zaporojyedə Rusiya helikopterləri və nəqliyyat təyyarələri üçün istehsal olunan, eləcə də Nikolayevdə Rusiya hərbi gəmiləri üçün hazırlanan qaz-turbin mühərrikləridir.

Tarix
2014.08.28 / 18:58
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla