Yuxarı

“Heç bir ölkə Tehranla Bakının arasına girə bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var".

Bu sözləri Axar.az-a XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev İranda pilotsuz təyyarənin qəzaya uğraması ilə baglı məsələyə münasibət bildirərkən dedi.

O bildirdi ki, Azərbaycan qonşu dövlətlərdə münasibətlərinə böyük əhəmiyyət verir:

"Heç bir 3-cü tərəf qonşu ölkələrlə münasibətilərimizə xələl gətirə bilməz. Azərbaycanın İranla tarixi, mədəni bağlantıları var. Hansısa 3-cu tərəf dezinformasiya yayaraq, münasibətlərimizin inkişafına xələl gətirə bilməz".

Nazirlik rəsmisi onu da bildirdi ki, İranın Azərbaycandakı səfiri ilə qarşılıqlı məsləhətləşələr aparılır:

"Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə məsləhətləşməyə gəlincə isə, bu, təkcə indi yox, mütəmadi olaraq aparılır. Bizim əsas prioritet istiqamətlərimizdən biri də qarşılıqlı, bərabərhüquqlu münasibət qurmaqdır. Hal-hazırda İranla Azərbaycan arasında münasibətlər yüksələn xəttlə inkişaf edir".

Xatırladaq ki, İranda kəşfiyyat apardığı zaman vurulan pilotsuz təyyarənin Azərbaycandan havaya qalxması barədə Qərb mediasında iddialar səsləndirilib.

Tarix
2014.08.28 / 13:49
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla