Yuxarı

Cavidlər nəslində ağır itki

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.

Hüseyn Cavidin Ev Muzey ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şair, publisist Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1966-cı ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini, 1972-ci ildə isə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən "Maarif" nəşriyyatının redaktoru olan Ə.Naxçıvanlı çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və bədii kitabları redaktə etmiş, onların ideya məzmun, dil-üslub cəhətdən qüsursuz işıq üzü görməsində əməyini əsirgəməyib. 1965-ci ildən ölkə mətbuatında müntəzəm çıxış edən Ə.Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirləri və poemalarından ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı və muzeyin əməkdaşları Ə.Naxçıvanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüzunlə başsağlığı verir.

Azvision.az

Tarix
2014.08.28 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla