Yuxarı

Şok: “Ərdoğan Bakıdan qayıdanda İŞİD-in hədəfində olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Deyli Ekspress" ("Daily Express") qəzeti İŞİD-in 4-5 sentyabrda təşkil olunacaq NATO zirvə toplantısını hədəfə aldığını bildirib.

Axar.az xəbər verir ki, qəzet Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfərindən sonra qatılacağı tədbirdə İŞİD tərəfindən əsas hədəf olacağını vurğulayıb. Qəzet İngiltərədə terror aktının tam real olduğunu və bunun Müdafiə naziri Filip Hammond tərəfindən də təsdiq olunduğunu qeyd edərək "Küçələrimizdə yeni cihad təhdidi var" başlıqlı xəbər verib. İngiltərənin Kardiff şəhərində təşkil olunacaq NATO zirvəsinin təhlükəsizlik qüvvələri bildirib ki, İŞİD-in hücumu gözləniləndir. "Terrorçular İngiltərədə NATO zirvəsinə hədəfləyir" başlıqlı yazıda isə sabiq Xarici İşlər naziri Kim Hovellsin fikirləri daha qorxuludur:

"ABŞ Prezidenti Barak Obamanın da iştirak edəcəyi dünya liderlərinin toplantısı terrorçuların hədəfinə çevriləcək. Kardiff hədəf olacaq. Bu müzakirə edilə bilməz. Buna görə terrorçulara qarşı çox güclü təhlükəsizlik tədbirləri alınmalıdır".

Məqalədə prezident seçilən Baş nazir Ərdoğanın NATO zirvə toplantısında Qərbi təhdid edən İŞİD-ə qarşı görüləcək tədbirləri müzakirə edəcəyi üçün terrorçuların əsas hədəfinə çevriləcəyini qeyd olunub.

Qəzet Böyük Britaniyada İŞİD tərəfdarlarının çoxluq təşkil etdiyini xatırladaraq, ötən aylar ərzində 500-dən çox İngiltərə vətəndaşının Suriyaya getdiyini bildirib.

Tarix
2014.08.27 / 23:53
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla