Yuxarı

Pilunski Minsk görüşünü şərh edir - Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ukraynalı yazıçı və politoloq Leonid Pilunski Rusiya, Ukrayna, Qazaxıstan və Belarus prezidentlərin Minsk görüşü barədə Axar TV–nin suallarını cavablandırıb. Müəyyən ixtisarlarla həmin müsahibəni təqdim edirik. Pilunski bildirib ki, sözügedən görüşdən hər hansı nəticə gözləməyə dəyməzdi:

"Bu görüş Nazarbayev və Lukaşenkonun legetimliyinə xidmət etdi. Mənim üçün müsbət məqam isə prezidentimiz Poroşenkonun mətin və qərarlı mövqedə olması idi. Putinə gəlincə, onsuz da görüş ərəfəsi Rusiya yenə Ukraynaya qarşı hərbi aqressiyasını davam etdirdi, vertolyotlardan istifadə olundu, qətllər törədildi. Belə olan təqdirdə, hansı müsbət irəliləyişə ümid etmək olardı? Yerinə yetirilməyən, əməl olunmayan vədləri çox görmüşük. Boş-boş sözlərlə qarşıdurmaların ardan qaldırılması mümkünsüzdür".

Ukraynalı poitoloq hələ də sonu görünməyən bu münaqişənin həllinin yollarına da aydınlıq gətirib:

"Hansı ölkə də olmasa, Azərbaycan, sizlər münaqişənin nə olduğunu gözəl bilirsiniz. İllərdir davamedən Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasında maraqlı ölkə də məhz Rusiyadır. Bizdə də vəziyyət eynidir - Moskva Ukraynanın şərqində gərginliyi ona görə yaradıb ki, istədiyi vaxt Kiyevə təsir göstərə bilsin".

Pilunski nəticəsi əvvəlcədən bəlli olan görüşə getməyin vacib olub-olmaması məqamına da toxunub:

"Əminliklə vurğulmaq istəyirəm ki, Poroşenko bu görüşə beynəlxalq qaydaları nəzərə alaraq gedib. Yəni, Minsk görüşünə getməsydi, dərhal rəy yardacaqdılar ki, o, sülhün, münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Biz getdik, sözümüzü də dedik və əlavə etdik ki, Rusiya, bu müharibəni sizlər başlamısınız, Moskva da məsələyə son qoymalıdır. Yetər separatçıları silahla təchiz etməkdən. Ukrayna daha nələri qurban verməlidir?".

Məlumdur ki, Ukraynanın şərqində qarşıdurmalar hələ də davam etməkdədir və problemin həlli boyük çətinliklər yaradıb. Pilunski yaranmış vəziyyəti belə şərh edib:

"Rusiya neft və qazdan gələn pulların hesabına böyük ordu saxlayır. Amma baxın, görün nələr baş verdi? Rusiyanın işğalı Ukrayna cəmiyyətini daha da birləşdirdi, möhkəmləndirdi. Şəhər və qəsəbələrdəki əhalimizə baxın, insanlarımız köhnə silahları, ağır texnikanı təmir edir ki, ordumuza kömək etsinlər.Mən Amerika və digər ölkələrin media qurumlarına müsahibələrimdə həmişə demişəm ki, heç vaxt ukraynlılar ruslara qarşı pis münasibətdə olmayıb. Əksinə, qarşı tərəf, Rusiya jurnalistləri bizlərə qarşı çirkin kampaniya aparır.Hazırda üzərimizə böyük vəzifə düşür- biz Kremldə əyləşən və müəyyən ideyaları sırıyan şəxslərlə əsl ruslar arsında doğru xətti tapmalıyıq, onlarla təmasda olmalıyıq. Baxın, onların jurnalistlərinə - Darenko, Duqin kimi şəxslər, çəkinmədən ukraynalıları öldürməyə çağırırlar".

Qeyd edək ki, Pilunski bəzi şəxslərin Ukraynaya, sadə ukraynlılara qarşı bu cür nifrətinə aydınlıq gətirib. O, əlavə edib ki, bu hisslər tarixdən qaynaqlanır və məslənin kökündə bir həsəd durur. Onun sözlərinə görə, Rusiya ilə müqayisədə Ukrayna daha qədimdir və geniş tarixi ənənələrə malikdir.

Müsahibimiz Ukrayna cəmiyyətindəki ruh yüksəkliyinə də aydınlıq gətirib:

"Təsəvvür etdiyinizdən də artıq ruh yüksəkliyi var hazırda. Bir məqamı diqqətinizə çatdırmaq istərdim- Dağlıq Qarabağ münqaşişəsinin getdiyi ilk illərdə dəfələrlə Azərbcaycanda oldum, Helsinki Assambleyasının iclası Bakıda keçirilirdi. Yadımdadır, hər gün atışma, ölüm halları, narazılıqlar və çətin şərait… Bu gün isə Bakıdan qayıdan krım tatar dostumla danışdım və o mənə Azərbyacanın sürətlə inkişaf etdiyini, münqişə fonunda azərbaycanlıların birləşdiyini, vahid bir yumruq olduqlarını dedi. Buna çox sevindim. Ukraynlılar da hazırda həmin mərhələni yaşayırlar".

Pilunski sonda doğulduğu Krımın hazırkı durumuna və yaxın, dost münasibətdə olduğu krım tatarları liderlərinin taleyinə də aydınlıq gətirib. O, Mustafa Cəmilov, Refat Çebarov və digər aydınlara qarşı təqibləri ədalətsiz sayıb. Krıma gəlincə, o, işsizliyin baş aldığını, sosial, iqtisadi vəziyyətin gərgin duruma gəldiyini dilə gətirib.

Ətraflı Axar TV-də:

Tarix
2014.08.27 / 22:58
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla