Yuxarı

Nazirlikdən internet qiymətləri ilə bağlı yeni - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Artıq genişzolaqlı rabitə, yəni hər evə optika layihəsi reallaşmaq üzrədir. Bundan sonra internetin həm keyfiyyətində, həm qiymətində növbəti dəyişiklik olacaq".

Bu sözləri Axar.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov internet tariflərinin yaxın gələcəkdə ucuzlaşacağı ilə bağlı sualımızı cavablandırarkən açıqladı.

RYTN sözçüsü qeyd etdi ki, bu layihəni nazirliklə Dövlət Neft Fondu birgə həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin ("Evə optika") həyata keçirilməsinə 2014-cü ildə başlanılıb. Layihə 2014-2016-cı illəri əhatə edəcək.

Layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri daxil olmaqla ölkənin bütün ərazisini 10-100 Mbit/saniyə civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır.

Bu da Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.

Tarix
2014.08.27 / 18:24
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla