Yuxarı

İsmayıllı meşələri yanır: helikopterlər havaya qaldırıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:27

İsmayıllı rayonu, Qaraqaya kəndində dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllıdakı meşə yanğını ilə bağlı məlumat yayıb.

Axar.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 26-da saat 17 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə, yanğın meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının söndürülməsinə ETSN-nın müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 1 hektar quru ot və kol örtüyünü əhatə edir. Yanğının qarşısını almaq üçün ETSN və FHN-nin yerli qurumlarının əməkdaşları tərəfindən operativ tədbirlər davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Tarix
2014.08.27 / 15:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla