Yuxarı

Xalq artisti Rusiya vətəndaşlığından imtina etdi - Etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus aktyoru Aleksey Serebryakov ailəsi ilə birlikdə Rusiyanı tərk edib.

Axar.az Rusiya mediasına isinadən xəbər verir ki, 50 yaşlı aktyor Rusiya vətəndaşlığından imtina edərək Kanada vətəndaşlığını qəbul edib.

O öz addımını belə əsaslandırıb: "Çox vaxt Rusiyada deyirlər ki, Qərb ölkələrinin təbəssümü sünidir. Ancaq mənə görə, süni gülüşlər təbii zülmdən yaxşıdır. Bizdə tamamilə qul psixologiyası hökmrandır. Demokratiya isə məsuliyyət deməkdir! Xalq ən yaxşı halda kimisə hakimiyyətə nümayəndə göndərir. Bununla da sanki – biz səni seçmişik, sən də hər şeyə görə cavab ver, bizim problemlərimizi həll et! – deyir.

Demokratiya – qərarları biliklərə, dəqiq idraka əsaslanaraq qəbul etmək deməkdir, nəyi nəyə görə seçdiyini anlamaq deməkdir. Şəxsən mən insanların təhsil almaq, inkişaf etmək, öz ixtisasını artırmaq, işləmək və nəhayət, ölkə üçün, dövlət üçün məsuliyyət daşımaq arzularını görmürəm. İstəyənlər isə dənizdə damla qədərdirlər".

Serebryakov onu da əlavə edib ki, övladlarının elmə, biliyə, zəhmətkeşliyə qiymət verildiyi ölkədə böyüməsini istəyir, elə bir yerdə ki, orada özünə yol açmaq üçün kimisə itələməyə, ədəbsizlik etməyə, aqressiv olmağa və insanlardan qorxmağa gərək yoxdur. Aktyor əmindir ki, Rusiyada öz övladlarını bütün bunlardan qoruya bilməyəcəkdi.

Tarix
2014.08.27 / 13:24
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla