Yuxarı

İngilis mətbuatı İŞİD-çiləri “intellektli cihadçılar” adlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Rakka vilayətinin Tabka mahalında yerləşən hərbi aerodrom İŞİD-in nəzarətinə keçib.

Axar.az xəbər verir ki, bununla da Suriyada daha bir strateji əhəmiyyəti olan məntəqə Əsəd qüvvələrinin nəzarətindən çıxmış olub.

Bundan əlavə, terrorçuların artıq çox güclü silahlarla silahlandığı, mütəşəkkil orduya çevrildiyi barədə yayılan xəbərlər öz təsdiqini tapır.

Suriyada ələ keçirilən 120 "Skud" raketinin terrorçuların əlində olduğu, İraq və Suriyanın bir çox şəhərlərinə daşındığı bildirilib.

Ən maraqlısı budur ki, mətbuatda yer alan iddialara görə, terrorçular tərəfindən "Şam şeytanı" adlandırılan Bəşər Əsəd tərəfindən İŞİD-ə verilən raketlərin istifadə qaydasını bir ingilis general və ABŞ-dan olan mütəxəssis təşkilat üzvlərinə öyrədib.

Bu iddia ilə İngiltərənin "Finanşl Tayms" qəzeti çıxış edib. Qəzetin bildirdiyinə görə, İŞİD asanlıqla məğlub olmayacaq.

Qəzetin iddialarına görə, terrorçular ABŞ və İngiltərə generalları tərəfindən təlim görüb və çox peşəkardır. Bazalarında ən müasir silahların olduğunu deyən qəzet ayrıca olaraq təşkilatın neçə üzvü olduğunun da dəqiq bilinmədiyini yazıb.

İraq və bölgədəki digər ölkələrin kəşfiyyat xidmətlərinin verdiyi məlumata görə, sayı 50 mini keçən terrorçular peşəkar olmaqla yanaşı həm də çox intellektlidir.

Nüfuzlu "İndependent" dərgisinin yazarı Robert Fisk terrorçuların ABŞ və Qərbi bir addım qabaqladığını deyib: "Təşkilat texnologiyadan çox gözəl istifadə edir. Əbubəkr Əl Bağdadinin döyüşçüləri internet aləmindən gələn yüksək intellektli cihadçılardır. Qərbin böyük ölçüdə tənqidçi olmayan, miskin mediasında əsla ədalətli şəkildə özlərini ifadə edə bilməyəcəklərini dərk edən İŞİD artıq öz mediasını da yaradıb. Bu üsulları onların nə qədər ağıllı olduqlarının bir göstəricisidir".

Tarix
2014.08.26 / 18:15
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla