Yuxarı

Şeyxin doğum gününü kimlər təbrik etmədi?!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şeyx həzrətləri 65-illik yubileyini öz ailə üzvləri ilə birlikdə qeyd edir".

Bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova QMİ sədri Allahşükür Paşazadənin 65-illik yubileyi ilə əlaqədar danışarkən dedi.

R.Dadaşova qeyd etdi ki, Şeyxin doğum günü ilə əlaqədar gələn təbriklərin ardı-arası kəsilmir:

"Şeyx həzrətlərinin doğum günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinə bir neçə gün əvvəldən təbriklər gəlməyə başlayıb. Bu gün də daxil olmaqla təbriklər hələ də davam edir. Çox güman ki, adəti üzrə hələ bir neçə gün də təbriklər gələcək".

R.Dadşovanın sözlərinə görə, Şeyxi təbrik edənlər arasında dövlət başçıları da var:

"Şeyx həzrətlərinin 65 illik yubileyi ilə əlaqədar gələn təbrik hələ də davam etdiyindən kiminsə adını çəkə bilmərəm. Çünki təbriklər gəlməkdə davam edir. Ancaq onu qeyd edə bilərəm ki, dünyanın müxtəlif ölkələrindən, dövlət başçılarından, dini liderlərdən təbriklər gəlib. Həmçinin, dövlət qurumları, ictimai təşkilatlar, ayrı-ayrı şəxsiyyətlərdən də gələn təbrik məktublarının ardı-arası kəsilmir. Təbrik göndərənlərin miqyası o qədər genişdir ki, kiminsə adını çəkməsəm, yaxşı olmaya bilər".

Qeyd edək ki, Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib.

Tarix
2014.08.26 / 16:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla