Yuxarı

Eks prezident məhkəməyə çağırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara məhkəməsi 28 fevral hadisələri ilə bağlı 103 şübhəlinin mühakimə olunduğu məhkəmə prosesinə həmin dövrdə prezident olan Süleyman Dəmirəli şahid qismində dəvət edib.

Axar.az xəbər verir ki, eks prezidentə göndərilən dəvət məktubunda "Türkiyə Cümhuriyyətində hakimiyyəti güc yolu ilə devirməyə cəhd etmiş təqaüddə olan general İsmayıl Haqqı Karadayı və ətrafındakılara qarşı açılan məhkəmə prosesində şahidlik etmək üçün sizi məhkəməyə dəvət edirik", - deyə qeyd olunub.

Məhkəmə göndərdiyi məktubda şahidliyin məcburi olmadığını bildirib. Eks prezident şahid qismində məhkəmədə iştirak etməkdən imtina edərsə, buna zaman yazılı şəkildə məhkəməyə məktub göndərməlidir.

Xatırladaq ki, Türkiyədə 28 fevral hadisələri 1997-ci ildə baş verib. O zaman ordu başçıları Türkiyə qanunlarına dəyişiklik etməklə hakimiyyətə gəlməyə cəhd etmişdi.

Bu hadisəyə görə, 2012-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə həmin dövrü araşdıran qrup yaradılmış və bundan sonra bir neçə yüksək rütbəli şəxs həbs olunmuşdu.

Tarix
2014.08.26 / 15:24
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla