Yuxarı

Pekindən Vaşinqtona hədə: “Bu, ölüm uğrunda savaşdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boinq P-8 təyyarəsinin Xaynan adası yaxınlığında dövrə vurması Vaşinqton-Pekin gərginliyini artırıb.

Axar.az xəbər verir ki, Çinin ingilisdilli "Qlobal Tayms" ("Global Times") nəşri ABŞ təyyarəsinin əvvəlki kimi Çin sərhədinin yaxınlığında yerləşəcəyi və ÇXR-in maraqlarını tapdayacağı təqdirdə, iki ölkə arasındakı konflikt partlayışa çevrilə biləcəyini vurğulayıb. "Əgər maraqların kəsişdiyi Cənubi Çin dənizində münaqişə alovlanarsa, Çin və ABŞ arasında müharibə artıq həyat yox, ölüm uğrunda olacaq", - "Qlobal Tayms" yazıb.

Nəşrin iddiasına görə, ABŞ hərbi təyyarəsinin irimiqyaslı kəşfiyyatı Çin-ABŞ hərbi münasibətlərinə zərbə vuran 3 amildən biridir. "Bu kəşfiyyat Çinin milli maraqlarına təhdiddir", - yazan nəşr Boinq P-8-in Xaynan yaxınlığında mövcudluğuna "düşmənçilik aktı kimi baxmaq" lazım gəldiyini bildirib.

Xatırladaq ki, avqustun 23-də ABŞ Boinq P-8-in ÇXR sərhədinə yaxınlaşması səbəbindən qaldırılan Çin qırıcılarına qarşı öz qırıcılarını göndərmişdi. Çinin Müdafiə naziri Yan Yuytszyun bəyan etmişdi ki, ABŞ təyyarəsi Xaynanın 22 kilometrliyindən uçub. Bu səbəbdən Çin qırıcıları Bainq 8-ə doğru havaya qaldırılıb.

Qeyd edək ki, Cənubi Çin dənizində mübahisəli ərazilər var. Çin dənizin əsas neft və qaz, həmçinin balıq ehtiyatları olan 90 faizinə iddialıdır.

Tarix
2014.08.26 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla