Yuxarı

“Mehriban Əliyeva bunları ailəsindən öyrənib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın nüfuzlu ingilis dilli "Pakistan Observer" qəzetində, "DNA News" informasiya agentliyində və "Centreline" jurnalında tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan" adlı məqaləsi dərc edilib.

Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Həmid Şahin məqaləsində Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ziyalı ailəsində böyüməsini, insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi məhz valideynlərindən öyrəndiyini qeyd edib.

Tolerantlığın nümunəsi

Yazıda Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdəki həyata keçirdiyi irimiqyaslı layihələrdən geniş bəhs edilib:

"Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir" proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin, icraçısı olub".

Həmid Şahin yazısının böyük bir hissəsini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilən layihələrə ayırıb. Bildirib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib. 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib:

"Heydər Əliyev Fondu Edhi Home kimsəsizlər evləri, Akbar Care institutu, Serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılmış, Saif Fonduna maddi yardımlar edilib".

Birinci xanımım insanpərvərliyi

Məqalədə xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2014-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı deyilib.

2014-cü ildə isə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təchizatı" layihəsi inşa edilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su əldə edib:

"Heç şübhəsiz ki, Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət edir".

Tarix
2014.08.25 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla