Yuxarı

Həbsxanaya narkotik keçirərkən yaxalandılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyalar keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Tərlan Asif oğlu Quliyevin qardaşı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Karamel" konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs Tərlan Quliyevin Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edildiyi bildirilir.
Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində həmin təcridxanada saxlanılan şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı, İmişli rayonu, K.Qasımov küçəsi ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Çistaya liniya" dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.

Saxlanılan şəxs Şamo Qocayev Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4 maddələrinə əsasən həbs edilib.

Həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində adıçəkilən təcridxanada saxlanılan şəxs İsa Rüstəm oğlu Hümbətovun anası, Bakı şəhəri, 7 mkr. F.Məlikov küçəsi, ev 53, mən. 2 ünvanında yaşayan vətəndaş Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əl çantasının gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İsa Hümbətov Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən həbs edilib.

Hər üç fakt üzrə araşdırma aparılır.

Tarix
2014.08.25 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla