Yuxarı

Qənirə Paşayeva: “Bilirəm, yenə məni tənqid edəcəklər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva 1 aylıq maaşını İraqda yaşayan türkmanlara yardım olaraq göndərib.

Axar.az-a danışan deputat faktı təsdiqləyərək hər kəsi bu kampaniyaya qoşulmağa dəvət edib:

"Mən bir aylıq maaşımı İraq türkmanlarına – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım üçün yaradılmış fonda bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təəssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq. Elə sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. Bu insanların hər cür insani yardıma və özəlliklə də səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Tarixi sadəcə bir az vərəqləmək yetər ki, oradakı insanımızın qanı-qanımızdan, canı-canımızdan olan qardaş-bacılarımız olduğunu görək".

Millət vəkili Azərbaycanda da zəngin iş adamlarının yetəri qədər olduğunu və onların da bu kampaniyaya qoşulmasının gərəkdiyini bildirib:

"Bilirəm dövlətimizdə bəzi qurumlar tərəfindən müəyyən yardımlar olunur və İraqdakı soydaşlarımız bunu çox yüksək dəyərləndirir. Amma onların daha çox yardıma ehtiyacı var və biz gücü, imkanı çatan hər birimiz gücümüzün çatdığı qədər bu yardımları etməliyik. Söhbət təkcə yardımın həcmindən də getmir, bizim onları nə qədər düşündüyümüzdən gedir. Bizim də zəngin insanlarımız az deyil. Dünyada türk kökənli zəngin insanlara səslənirəm! Onlara "Tək deyilsiniz! Biz varıq!" deməliyik və bunu əməlimizdə göstərməliyik. Mən özümün bir aylıq əmək haqqımı türkmanlara yardım cəmiyyətinə bağışladım. Bir az qənatlə yaşayacağıq, o qədər. Amma aclıqdan, köçkünlükdən əziyyət çəkən qardaş-bacılarımızı internet üzərindən izlədikdən sonra "daha çox şeylər etməliyik!" deyə düşünürəm və gücümün çatdığı qədər dostlara səslənir, yollar axtarıraram. İnanıram ki, onların səsinə səs verəcəksiniz və türkmanlara yardım cəmiyyətlərinə dəstəklərinizi əsirgəməyəcəksiniz. Bu cür işlərdə hər zaman öncüllük edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də inanıram ki, əlindən gələn dəstəyi əsirgəməyəcək. Türkmanlara yardım təşkilatlarının hesabları:

Türkmaneli İş birliyi ve Kültür Vəqfi hesabları Vəqflər Bankı – Çankaya Şöbəsi – Şöbə kodu: Türk Lirəsı hesabı - 281 TR33 0001 5001 5800 7293 5435 17

ABŞ dolları hesabı: TR33 0001 5804 8000 3306 20

Bu hesablardan istifadə edərək "Türkman mültecilərinə yardım" yazaraq yatıra bilərsiniz.

Yardım etməklə bağlı problem yaranarsa, Türkmaneli İş birliyi ve Kültür Vəqfinin telefonları ilə əlaqə saxlaya bilərsiniz

+90312 442 42 65 və +90312433 43 73 və ya 0090533.2552660 (Şemsettin Küzeci) (Türkiyə) əlaqə saxlaya bilərsiniz.

Deputat yenə kimlərinsə də buna ağız büzəcəyini bildiyini və buna əhəmiyyət vermədiyini bildirib:

"Bilirəm, yenə kimlərsə bu çağırışıma ağız büzəcək, kimlərsə tənqid edəcək, kimlərsə də, "bu bir reaklamdır" deyəcək, qoy desinlər – Tanrı hər kəsə öz ürəyinə görə versin. Amma ümid edirəm ki, insanlarımızın böyük bir hissəsi dəstəkləyəcək və İmkanı olanlar əllərindən gələn dəstəyi əsirgəməyəcəklər".

Tarix
2014.08.25 / 10:13
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla