Yuxarı

Dostunun maşınını sürdü: kanala düşüb öldü – Faciə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Samur kanalına düşən avtomobil çıxarılması və avtomobili idarə edən şəxsin axtarışları başa çatıb.

Axar.az xəbər verir ki, səhər saat 7-də başa çatan əməliyyat tədbirləri nəticəsində kanala düşən VAZ 2106 markalı 15 BD 965 nömrə nimanlı avtomobilin Abşeron rayon Qobu qəsəbə sakini Seyid Balamirzə oğlu Sadayevə məxsus olduğu üzə çıxıb. Lakin avtomobili S.Sadayevin oğlu 1989-cu il təvəllüdlü Seymur Sadayev idarə edib.

Atasının maşınını götürən Seymur dostu, 1983-cü il təvəllüdlü Hümmət Cavanşir oğlu Qafarovla birlikdə Sumqayıt yaxınlığında Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gəliblər. Hər ikisi çoban olan dostların buradakı yataqlarda yerləşən iri buynuzlu mal-qaraya baş çəkməyə gəldikləri bildirilir. Seymurun maşından düşərək inəklərin arxasınca getməsi Hümməti maşın sürmək həvəsinə salıb. Ərazinin yüksək sürətlə maşın idarə etmək üçün əlverişsiz olması isə qəzanı qaçılmaz edib. Nəticədə avtomobillə birlikdə Samur kanalına düşən Hümmət Cavanşir oğlu Qafarovun axtarışları səhərə qədər davam edib və onun meyiti Stalçayın aşağı hissəsindən 5 kilometr aralıda tapılıb.

Tarix
2014.08.24 / 13:59
Müəllif
Ruhiyyə Daşsalahlı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla