Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikiotaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 25 km aralı) "Hirkan" Milli Parkının ərazisində 3 ha sahədə kol-kos və ağaclar yanıb. Qoruq ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqdakı 20 kv.m sahədə taxta tullantıları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 04:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda Bakı-Qazax yolunun 360-cı kilometrliyində "VAZ 2107" markalı minik avtomobili yolun dəmir ara kəsmələrinə çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Nağıyev Tural Bəşir oğlu hadisə yerində vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə T.Nağıyevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 02:40-da başa çatıb.

***

Salyan rayonu, Seyidan kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus tikilməkdə olan ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan köməkçi tikilinin yanar kostruksiyaları 30 kv.m sahədə və içərisinə yığılan 1,600 ot bağlaması yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

***

İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 32 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:29-da başa çatıb.

Tarix
2014.08.24 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla