Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?
22:31
Ana səhifə Toplum |
Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən körpüdə oğurluq hadisəsi baş verib.
Axar.az xəbər verir ki, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən körpünün üzlük daşları oğurlanıb.
Təsadüfən əməkdaşımız hadisə yerində olub və oğurluğun necə baş verdiyini şəxsən özü görüb.
Əməkdaşımızın verdiyi məlumata görə, hadisə bir neçə dəqiqə bundan əvvəl baş verib: "Üç nəfər gəldi. Körpünün üzərində avtomobili saxladılar. Halbuki ərazidə təmir getdiyindən ora avtomobillə daxil olmaq qadağandır. Körpünün üzlük daşlarını söküb avtomobillərə yüklədilər. Təkcə üzlük daşlarını deyil, eləcə də səkidə qoyulan mərmərləri də götürüb naməlum istiqamətə apardılar".
Tarix
2014.08.24 / 12:12
|
Müəllif
Axar.az
|