Yuxarı

Bilirsinizmi ağıl saqqızı nədir? - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nəyisə həddindən artıq düşünməyin özü də bir xəstəlikdir".

Bunu Axar.az-a açıqlamasında psixoloq Dəyanət Rzayev şüuraltına ən çox təsir edən amillərdən danışarkən deyib.

O, bildirib ki, nəyisə həddindən artıq düşünməyin özü də ciddi bir xəstəlikdir:

"Gün ərzində insan beyni milyonlarla informasiya qəbul edir. Bunlardan müşahidə etdiyimiz, kimlərdənsə eşitdiyimiz məlumatlar var ki, onlar insan şüurunda qalanlardır. Ancaq elə informasiyalar olur ki, onlar insan beyninin şüuraltında özünü büruzə vermir. Bu o halda özünü büruzə verə bilər ki, insan hansısa ekstremal vəziyyətdə və yaxud da hipnoz halında olsun. Bu normal tip insanlara aid olan katerqoriyadır. Ən dəhşətlisi isə həyatda özünü normal hesab edən, ancaq heç xəstəliyinin fərqində də olmayan, gün ərzində əllərini dəfələrlə yuyan, adi bir şeyi beynində saqqıza çevirərək daim düşünən insanlar var. Bu tip insanlardakı bu nevroloji xəstəliyi tibdə obsessiv-kompulsiv pozğunluq adlandırılır. Belə insanlar durmadan hər hansı bir fikri beyinlərində uzun müddət saxlayaraq bunu daim təkrar edirlər, nəyəsə toxunduqda mikroba bulaşacaqlarına, əllərini nə qədər yusalar da, təmizlənmədiyinə inanan insanlardır. Bir çox hallarda bu cür insanlar hətta kiməsə zərər verəcəklərindən də qorxurlar. Bu xəstəliyin tibbi yolla müalicəsi mümkündür. Sağalma ehtimalı isə yüzdə yetmiş faizdir".

Tarix
2014.08.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla