Yuxarı

Jurnalistlərə pis xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundan sonra hərbi məlumatları özbaşına və yaxud yanlış yayan jurnalistlər qanun qarşısında cavab verməli olacaqlar.

ANS TV-nin məlumatına görə, Milli məclisdə ordu, hərbi məlumatların yayımlanması ilə bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsi hazırlanır.

Milli məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov qanun layihəsi üzərində işlənildiyini, senyabrda müzakirəyə çıxarılacağını bildirdi.

Millət vəkili Siyavuş Novruzov deyir ki, "Komitə sədrinə təklif eləmişəm, bununla bağlı işlər gedir. Dünyada bilirsiniz, vətəndaş öz şəxsiyyətini təsdiq etmədən hər hansı bir fikir, şərh yaza bilmir, amma bizdə görürsən ki, ordu, hər hansı bir insan haqqında da müxtilf fikirlər yazırlar. Bakıda 30 min erməni əsilil adam var. Onlar da hər hansı təxribat xarakterli nəsə yazsalar, onda nə olar".

Qadağan olunmuş informasiyanı yayan şəxs barəsində konkret cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Dünya təcrübəsində bu tip informasiyaların yayımlanması, xüsusən müharibə vəziyyətində olan ölkələrdə xüsusi qanunla tənzimlənir.

Hesab edilir ki, informasiya təhlükəsizliyi ölkə üçün onun sərhədlərinin təhlükəsizliyi qədər vacibdir. İnformasiya müharibəsi ilə bağlı ilk rəsmi sənəd 1992-ci ildə Amerika Müdafiə nazirliyinin elə "İnformasiya müharibəsi" adı altında hazırlayıb həyata keçirdiyi direktiv sənəddir. Bu sənəddə milli maraqlar naminə öz informasiya təhlükəsizliyini təmin etməklə mətbuatın gücündən istifadə edərək düşmənin informasiya sistemlərinə təsir göstərməyin, informasiya üstünlüyünə sahib olmağın yolları və prinsipləri müəyyənləşib. Birləşmiş Ştatların informasiya agentliyinin dövlət departamentinin tərkibində fəaliyyət göstərməsi də Amerikanın bu sahəyə nə qədər çox önəm verməsinin əsas göstəricilərindəndir. Qonşu Rusiyada da belə təcrübə var.

Tarix
2014.08.23 / 23:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla