Yuxarı

SOS: Qaraçuxurun inanılmaz “qara ölüm” zolağı - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir neçə il öncə anamla 2 yaşlı qızımı qapının girişində maşın vurdu. Ağır yaralı olan anam uzun müddət müalicədən sonra sağala bildi. Xoşbəxtlikdən heç birinə heç nə olmadı. Ancaq ola da bilərdi".

Bakının Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yaşayan sakinlər Axar.az-a yazdıqları şikayət məktubunda belə qeyd edirlər:

"Neçənci dəfədir ki, bu ərazidə yol qəzası olur. Ya qonşuluqda yaşayanları, ya yoldan keçən piyadaları vurub qaçırlar, yaxud da kimisə vurmamaq üçün maşını yolkənarındakı həyətlərin çəpərinə çırpırlar. Belə getsə bir gün böyük faciə olacaq".

Sakinlər yazır ki, tez-tez avtomobil qəzalarının baş verdiyi ərazidə yaşamaq olduqca təhlükəlidir:

"Xüsusilə yol kənarında yerləşən evlərin durumu daha da acınacaqlıdır. Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi Şimal yaşayış sahəsi döngə 14-də yerləşən evlərin qarşısında tez-tez qəzalar baş verir. Bir neçə dəfə yüksək sürətlə gələn avtomobillər yol kənarında yerləşən evlərin həyətinə də girib. Hətta dəfələrlə piyadaların ağır yaralanmasına da səbəb olub".

Qəzalar üzündən evinin hasarını təmir etdirə bilməyən sakin Rafiq Tağıyev deyir ki, qorxudan artıq həyətlərində otura da bilmirlər. Sakinlər söyləyirlər ki, hər səhəri qəza səsi ilə açırlar:

"Dəfələrlə olub ki, yüksək sürətlə gələn maşın divarı dağıdıb həyətə girib. Maşının yarısı küçədə, yarısı həyətimizdə olub. Xoşbəxtlikdən o vaxt həyətdə heç kəs olmayıb. Ancaq belə təsadüf hər dəfə olmur axı. Yolda tramplinin olmaması isə vəziyyəti daha da pis edir. Təsadüf hər dəfə olmur. Gərək kimsə həyətində oturan yerdə ölsün, ya yol kənarında kimisə vurub öldürsünlər, ondan sonra bir iş görsünlər? Qonşuların hamısı hasar, qapı təmir etməkdən yorulub. Biz burdan təmir edirik, səhər bir maşın gəlib girir divara".

Sakinlər yol örtüyü yenilənəndə yola tramplin qoyulmasını xahiş ediblər. Lakin onlara bildiriblər ki, əsas yol olduğu üçün tramplin qoyulmasına izn yoxdur.

Sakinlər qapılarına qəzadan sığortalanmaq üçün qoruyucu dəmir borular qoymaq istəyiblər. Ancaq qəzalar çox olur deyə dəmir boru qoymağa qorxurlar:

"Qəzalar çox olur deyə, qorxuruq dəmir boru qoymağa. Yenə qəza olar, sürücü ölüb eləyər, günahını bizdə görərlər ki, dəmiri biz qoymuşuq. Ancaq bu şəkildə də həyətdə oturmaq, qapıya çıxmaq mümkün deyil".

Sakinlərin qapılarının "ağzında"kı problemin həlli üçün müraciət etmədikləri yer qalmayıb. Lakin bir əncam çəkən yoxdur.

Tarix
2014.08.23 / 13:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla