Yuxarı

Körpənin bütün gecəni rahat yatması üçün nə etməli?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anaların çoxu körpələrinin səhərəcən rahat, sakit yatmasını arzulayırlar. Lakin təəssüf ki, bu, çox vaxt elə arzu olaraq da qalır.

Axar.az xəbər verir ki, Nyu York pediatrları körpələrin yemək üçün oyanmadan 8 saat yatmasının metodikasını kəşf ediblər.

Pediatrlar Luiza və Conatan Ceysinin Nyu Yorkda nəşr etdirdikləri metodikası körpələrinin daima gecələr oyanmasından yorulub-usanmış anaların köməyinə gələcək.Metodika uşağın acımaq hissini tədricən yeni cədvələ uyğunlaşdırmaqdan ibarətdir.

Əgər uşaq yatmazdan əvvəl böyüməsi və inkişafı üçün lazımi qədər qida qəbul edirsə, gecənin bir aləmi yemək üçün oyanmayacaq. Əgər qida qəbulu arasındakı interval dörd saatdan azdırsa, Luiza və Conatan Ceysinin fikrincə, uşağı yeni cədvələ öyrəşdirmək üçün hər gün bu müddəti 15 dəqiqə uzatmaq lazımdır. Əgər uşaq oyanıb yemək "tələb edirsə", imkan daxilində vaxtı bir qədər uzatmaq lazımdır. Ceysi hesab edir ki, uşaq oyanan kimi dərhal yemək verməyə gərək yoxdur. Onların fikrincə, tez-tez qidalanma nəticəsində uşağın mədəsi yuxu və qida qəbulunun yanlış qrafikinə vərdiş edəcək.

Pediatrlar Luiza və Conatan Ceysi öz üsullarından artıq 20 ildir ki, istifadə edirlər və o, 90% müsbət nəticə verir. Cəmi iki həftə ərzində uşağı gecələr 7-8 saat qida qəbul etmədən yatmağa oyrəşdirmək olar. Belə "məşq" sayəsində uşağın beyni mədənin yalnız düzgün siqnallarına qulaq asmağa başlayır və gündüzlər 4 saatdan bir, gecələr isə 7-8 saatdan sonra verilən siqnalları generasiya edir. Ceysinin fikrincə, qidalanma rejimini məhz südəmər vaxtından tənzimləmək lazımdır. Belə ki, bu vərdiş insanı bütün ömrü boyu təqib edir.

Tarix
2014.08.23 / 02:48
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla