Yuxarı

ABŞ-ın Yaxın Şərqdə İŞİD planı – Təhlil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəsmilərinin İŞİD-in İraqdan sonra Suriyadakı qüvvələrinin də vurulacağını əks etdirən açıqlamaları baş verəcək proseslərin astanasında olduğumuzu təsdiq etməkdədir. Artıq bu barədə bir neçə ABŞ rəsmisi ölkəsinin atacağı addımlar barədə məlumat verib.

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Ben Roders ölkəsinin amerikalıları qorumaq üçün istənilən ərazidə əməliyyat apara biləcəyini demişdi. "ABŞ İraqdan sonra Suriya ərazisində də İŞİD-ə qarşı hava hücumlarına başlaya bilər. Amerikalıların qorunması və ABŞ-ın terrorla mübarizəsi mövzusunda heç bir variant bizim qarşımızı kəsə bilməz", - deyən Roders qısa bir zamanda ABŞ ordusunu Suriyada görəcəyimizə işarə verirdi. Eyni zamanda, Roders bir az da haşiyə çıxaraq, bizi ABŞ-ın Suriya ilə bağlı gizli siyasəti ilə də tanış etdi. Rodersin "Əsəd öz xalqına qarşı barbar kimi davranır. O, problemin bir parçasıdır", - deməsi əslində ABŞ ordusunun İŞİD-ə qarşı mübarizə adı ilə Suriyaya girməsi üçün bəhanə olduğunu təsdiq etmiş oldu.

Bir müddət öncə Baş Qərargah rəisi Martin Dempseyin də bu barədə dediyi fikirlər ABŞ-ın yaxın zamanlarda çox ciddi atdımlar atacağından xəbər verir. Dempsey ölkəsinin terrorla mübarizədə ən öndəgedən dövlət olduğunu bildirərək, İŞİD-in məğlub edilməsinin tək yolunun hərbi əməliyyatlarda olduğunu bildirmişdi. O, Suriyada İŞİD-ə qarşı mübarizə aparılmadan qalib gəlməyin mümkün olmadığını vurğulayırdı. Dempsey də Roders kimi ölkəsinin Suriyaya girmə planının olduğunu gizlətmirdi. "Terrorçulara qarşı hava hücumu vacibdirmi?" sualına, "Əlbəttə vacibdir. Hava hücumları əməliyyatların kiçik bir hissəsidir",- deyə Pentaqon rəhbəri Suriyanın yaxın zamanlarda başını qara buludlar alacağı xəbərdarlığını vermişdi.

İŞİD-in bölgədə bu vəzifəni özünə hədəf seçmiş bir koalisiyanın varlığı ilə məğlub edilə biləcəyini deyən Dempsey əslində həmin koalisiyanın elə ABŞ olduğunu izah etmək istəyirdi. Əsəd rejimini devirərək Suriya neftinə sahiblənmək yolunda bundan yaxşı şans ola bilməyəcəyini fikirləşən Dempsey açıq-aydın bölgənin ABŞ-a ehtiyacı olduğunu bildirir. "İŞİD yalnız Şam ilə Bağdad arasında yaşayan, haqlarından məhrum olmuş 20 milyon sünni tərəfindən rədd edildiyi təqdirdə sözün əsl mənasında məğlub edilə bilər", - deyən Pentaqon rəhbəri bununla 20 milyon insanı yönləndirə bilən qüvvəyə ehtiyac olduğunu anladır.

ABŞ rəsmilərinin alovlu çıxışlarından sonra analitiklər Əsəd rejiminin sonunun çatdığını düşünür. Onların fikrincə, buna iki əsas səbəb var. Birincisi, İran rəhbərliyinin bu mövzuda ABŞ-la bazarlıq etmək istəyidir. Bir neçə gün öncə MAQATE rəhbərinin İrana məlum səfərindən sonra arada yaranan istilik və gizli razılaşmalar bundan xəbər verir. İranın Suriyanı verməklə qarşısına qoyulan sanksiyaların ləğv edilməsi cəhdi artıq başadüşüləndir. Çünki ölkənin artan iqtisadi problemləri, infiliyasiya bunlara səbəb olan nüvə enerjisi ideyasının gerçəkləşmədən İranın elə beşikdəcə səssiz boğulmasına gətirib çıxara bilərdi. Ölkə rəsmilərinin son bəyanatları da bunu deməyə əsas verir.

"İŞİD-ə qarşı mübarizədə dünya dövlətlərinin yanında olmağımız üçün nüvə proqramı səbəbi ilə tətbiq olunan sanksiyaların aradan qaldırılması vacibdir", - deyən ruhanilər az qala razı olduqlarını iki əlləri ilə göstərmək istəyirdilər. Bir müddət öncə İranın rəsmi xəbər agentliyi olan İRNA-ya açıqlama verən Xarici İşlər naziri Cavad Zərif İraqda terrorçuların qarşısının alınması üçün əməkdaşlıq barədə belə demişdi: "Əgər İraqda terrorçulara qarşı hərbi əməliyyatların başlanılmasında bizim dəstəyimizi istəyirlərsə, bunun qarşılığında bizim şərtlərimizi də yerinə yetirməlidirlər. Bunun üçün nüvə proqramıyla bağlı İrana qarşı tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması lazımdır".

Göründüyü kimi, bütün Avropanı Rusiyaya qarşı qaldıraraq, bu ölkəni sanksiyalar məngənəsində sıxıb özünü sığortalayan ABŞ-ın indiki hədəfi Suriyadır. Bəlkə də terrorçuların elə Suriyaya çəkilməsi, mübarizəni vətəndaş müharibəsi gedən bir ölkədə davam etdirməsi elə başdan ABŞ-ın planı olub?

Tarix
2014.08.23 / 01:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla