Yuxarı

Bakıda dairəvi yolda benzin maşını partladı - Foto/Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:08

Bir neçə dəqiqə əvvəl Bakıda yanacaqdaşıyan maşın partlayıb.

Axar.az xəbər verir ki, hadisə Yasamal Dairəvi yolunda baş verib.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

00:50

Bakı şəhərinin xeyli hissəsində elektrik cərəyanının verilməsi kəsilib. Bu barədə şəhərin müxtəlif hissələrində, əsasən də Yasamalda yaşayan sosial şəbəkə fəalları məlumat veriblər.

Yanacaq daşıyan maşının partlaması nəticəsində başlayan yanğın bu dәqiqәlәrdә də davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.

"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiqləyib. Onun sözlərinə görə, daha müfəssəl məlumatı hadisə yerinə çatdıqdan sonra verəcək.

Musavat.com-un əməkdaşlarının hadisə yerindən bildirdiklərinə görə, Bakı Dairәvi Yolunun Badamdardan keçən hissəsində, maşın bazarının qarşısından keçәn yolda yanacaq daşıyan avtomobil yanır. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb, Binәqәdi, Abşeron, Sәbail, Xәzәt rayonlarının elektrik enerjisi ilә tәminatında problemlәr var.

Bir versiyaya görə, həmin maşın məhz yüksək gərginlikli xəttə toxunduğuna görə alışıb.

Yanğın bu dәqiqәlәrdә davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.

02:00

Publika.az-ın məlumatına görə, artıq yanğın söndürülüb, FHN-in yanğınsöndürmə briqadası yanğının qarşısını ala bilib.

Tarix
2014.08.23 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla