Yuxarı

Ermənistan girovların dəyişdirilməsini qəbul etmədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklif edib.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Ə. Həsənov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə mütəmadi görüşür, dünən də görüşərək bu məsələni müzakirə edib: "Bu məsələ ilə Müdafiə Nazirliyi, Əsir və Girovlarla İş üzrə Dövlət Komissiyası, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mütəmadi məşğuldur. Dünən də mən Qızıl Xaç Komitəsinin əməkdaşları ilə görüşdüm. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri Azərbaycanın son təklifi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin cavabını bizə çatdırdılar. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, bir erməni ailəsinin və bu yaxınlarda qəfil dünyasını dəyişmiş bir erməninin meyiti müqabilində yalnız Həsən Həsənovun meyitini qaytarmağa razıdırlar. Mən isə bizim bununla razılaşmadığımızı, girovlarımızın da azadlığa buraxılmasını istədiyimizi bildirdim".

Ə. Həsənov qeyd edib ki, Azərbaycan hələ də təklifini qüvvədə saxlayır və cavab gözləyir.

Ə. Həsənov onu da deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşündə quruma mövqeyi ilə bağlı sərt etirazını bildirib: "Beynəlxalq Qızıl Xaç Komitəsi əsir və girovlarla bağlı müraciət edəndə Azərbaycan buna cavab verir. Ancaq Ermənistan tərəfi bu müraciətləri təmin etmir. Nə üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin baş qərargahı bu barədə dünya ictimaiyyətini məlumatlandırmır?".

Tarix
2014.08.22 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla