Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Biləsuvar rayonu, Zəhmətabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 44 kv.m sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 12 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Qazax şəhərində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağsu şəhərində vətəndaşa məxsus 3 kub.m taxta materialları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin bir otağında ev əşyaları 7 kv.m sahədə yanmış və yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 2 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Saatlı şəhərində vətəndaşa məxsus 7 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan marketin dam örtüyü 11 kv.m sahədə yanıb. Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:31-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən azyaşlı yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:03-də başa çatıb.

***

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında elektrik kabelləri 24 p.m sahədə və elektik sayğacları yanıb. Yanğın zamanı 10 nəfər xilas və 20 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.08.22 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla