Yuxarı

Plastik pəncərəni düzgün seçin - Qayda

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs tez, ya gec evdəki pəncərələri dəyişmək problemi ilə qarşı-qarşıya qalır. Bazar ağzınacan doludur, reklam da ki hər addımbaşı qarşına çıxır. Adətən istehlakçılar ucuz və güzəştli mallara üstünlük verirlər. Ancaq belə seçim həmişə özünü doğrultmur.

Axar.az məsləhət görür ki, seçiminizdə yanılmamaq üçün bəzi nüanslara fikir verməlisiniz.

Hər bir plastik pəncərənin daxilində armaturla möhkəmləndirilmiş elementlər olur. Onlar pəncərələrin müxtəlif şəraitlərdə normal işləməsi üçündür. Bəzi istehsalçılar reallıqları nəzərə almadan metal elementlərinə qənaət edirlər. Ancaq əslində polad haşiyənin qalınlığı ən azı 1,5 mm. olmalıdır.

Tutqun səth çox vaxt keyfiyyətin aşağı olmasından xəbər verir. Belə səthləri hətta xüsusi təmizləyici vasitələrlə də təmizləmək çox çətin olur. Parlaq səth isə, əksinə, çox gec çirklənir və daha cəlbedici görünür.

Bir və ya iki kameralı şüşə paketləri sifariş vermək seçimi qarşısında qalarkən, məsləhət bilirik ki, qənaət etməyin və iki kameralı şüşə paketini seçin. Belə pəncərə bir qədər bahalı olsa da, küçənin səsi evə daha az daxil olacaq, istilik itkisi də minimuma enəcək.

Çox vaxt iki kameralı deyəndə, iki qat şüşə nəzərdə tutulur. Ancaq iki kameralı paketdə üç şüşə olur, təbii ki, onların da arasında iki hava kamerası yerləşir. İki şüşəli paketdə isə iki şüşə arasında yalnız bir hava kamerası olur və bir kameralı adlanır.

Bazarlarda yüksək dərəcədə şəffaf şüşələrlə yanaşı enerji qoruyucu – istini yayda evə, qışda isə bayıra buraxmayan şüşələr də var.

Havanın normal dəyişilməsi də vacib məsələlərdən biridir. Bununçün pəncərələrə aralıq laylar yerləşdirilir.

Furnitura (yardımçı materiallar) seçimi də düşgün olmalıdır. Şüşə layları bir-birindən müəyyən məsafədə quraşdırılmalıdır. Çox vaxt ucuz furnitura ağır haşiyələrə dözmür, pəncərənin kipliyinə xələl gətirir.

Bundan başqa mığmığa torlarına da fikir vermək lazımdır. Belə xırdalıqları nəzərdən qaçırmaq olmaz.

Tarix
2014.08.22 / 02:45
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla