Yuxarı

Obama: “İŞİD qurbanlarının əksəriyyəti müsəlmandır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçuları tərəfindən başı kəsilərək edam olunan amerikalı jurnalist Ceyms Foley haqqında Prezident Barak Obama açıqlama verib.

Axar.az xəbər verir ki, Obama terrorçulardan qisas alınacağını deyib: "İŞİD-in XXI əsrdə yeri yoxdur. İŞİD-ə qarşı daha qəddar olacağıq. ABŞ vətəndaşlarının qorunması üçün nə lazımdırsa, edəcəyik".

Daha sonra Obama İŞİD-in müsəlmanlarla heç bir əlaqəsinin olmadığını deyərək, dünya ölkələrini terrorla mübarizəyə səsləyib: "Bu gün bütün dünya Ceyms Foleyin terrorçular tərəfindən qorxunc bir şəkildə öldürülməsindən danışır. İŞİD-in İslam və din ilə heç bir əlaqəsi yoxdur. İŞİD qurbanlarının əksəriyyəti müsəlmanlardan ibarətdir".

İraq xalqı bizi dəstəkləməlidir

İraq xalqının İŞİD-ə qarşı birləşməli olduğunu vurğulayan Obama keçiriləcək hərbi əməliyyatlarda İraqın ABŞ-a dəstək verməsinin vacib olduğunu bildirib: "İŞİD-ə qarşı mübarizəmizi dəstəkləmək üçün İraq xalqı birləşməlidir".

Tarix
2014.08.20 / 23:15
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla