Yuxarı

Türkiyə prezidentindən vida görüşü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Abdulla Gül Ankarada Cankaya Köşkündə is adamları, sənətçilər, idmançılar və KİV nümayəndələrilə vida görüşündə çox önəmli açıqlamalar edib.

ANS TV-nin məlumatına görə, prezidentlik postunu Ərdoğana təhvil verməyə hazırlaşan Gülün ən önəmli açıqlaması isə Ədalət və İnkişaf Partiyasının (AK) yeni liderinin və Türkiyənin yeni baş nazirinin hazırkı xarici işlər naziri Əhməd Davudoğlu olacağını deyib. O bildirib ki, göründüyü qədərilə baş nazirlik vəzifəsini təhvil alacaq dostumuz xarici işlər naziri Əhməd bəy olacaq. Siyasətə də, dövlət həyatına da onu mən qazandırmışam. Baş nazir olduğumda səfir etdiyimi xatırlasanız, ondan sonra da Xarici İşlər Nazirliyi beş il boyunca həmişə yanımda oldu, birlikdə olduq. Davudoğlu bizdən sonrakı nəslin dəyərli adlarından biridir" dedi. Bundan başqa Abdulla Gül bildirib ki, demokratik ölkələrdə bir gün gələn, öz vəzifələrini yerinə yetirib bir gün gedir.

Abdulla Gülün sözlərinə görə, indi artıq cənab baş nazirə seçilmiş dövlət başçısı kimi müraciət edirəm: "Türkiyə Cümhuriyyətinin prezidenti kimi 7 illik səlahiyyət müddətim başa çatdı. Türkiyənin gələcəyinə olan inancımını, etibarımı və ümidimi qoruyub saxlamaqla sizdən ayrılıram".

Abdulla Gül onu da bildirib ki, mən Ədalət və İnkişaf Partiyasının (AK) qurucusuyam: "Prezident olduğum müddət içərisində bütün partiyalara bərabər məsafədə olmaq, bir konstitusiya vəzifəsi olaraq düşündüyüm üçün hər kəsə eyni məsafədə dayanmışam. Prezidentlik dönəmim, bitdikdən sonra mənim partiyama, siyasi şəxsiyyətimə qayıtmağımdan təbii bir şey ola bilməz. Təcrübələrimlə, əldə etdiklərimi dövlətimiz, millətimiz üçün həm daxildə, həm də beynəlxalq arenada fəaliyyətlərimi davam etdirəcəm".

Ankara Cankaya Köskündə son günlərini yaşayan Gul bildirib ki, xanımım Hayrunnisa xanım burada çox səliqə-səhman yaratdı: "Hər zaman deyirdim ki, çox can yandırırsan, mən kral deyiləm, bir gün gedəcəyik, o zaman pis olacaqsan. O da mənə deyirdi ki, getdiyimiz zaman buraları gözəl qoyub gedək və biz hazırda böyük bir şərəf və qürurla ayrılırıq.

Tarix
2014.08.20 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla