Yuxarı

Müctəhid Şəbüstəri: İŞİD “Quran”a əsaslanır – İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Müctəhid Şəbüstəri 1936-cı ildə Güney Azərbaycanın Şəbüstər şəhərində anadan olub. Filosof Şəbüstəri müqayisəli dinşünaslıq, İslam fiqhi və "Quran"şünas olmaqla yanaşı, İranda Hermenevtika elminin təməlini qoyanlardan biridir.

İran İslam Devrimindən öncə Almaniyanın Hamburq şəhərində yerləşən İslamşünaslıq Mərkəzinin direktoru olmuş və İrana qayıtdıqdan sonra Tehran Universitetinin professoru kimi çalışıb.

1937.az bu alimin İŞİD-lə bağlı yazdığı yazını Elşən Böyükvəndin tərcüməsində təqdim edir:

İŞİD-dən "nəzəri düşüncələrinizin təməli nədir?" deyə soruşsaq, verəcəkləri cavab bunlardan ibarət ola bilər:

1. Tanrı əzəli-əbədi buyruqlarını "Quran" və hədislə bütün insanlara söyləməklə yanaşı, heç bir istisnaya yol vermədən həmin əmrləri özəl və ümumi yaşamımızda həyata keçirməyi vacib bilib.

2. "Quran" və sünnədən alınan İslam fiqhinə əsasən, yer kürəsində İslam Xilafəti (İslam Dövləti) yaradıb, Tanrı ehkamını yerinə yetirmək üçün biz müsəlmanlar mükəlləf (məcbur) olmuşuq.

3. İlahi və şəri görəvimizin nə olduğunu müəyyən etmək bizim üçün "höccət"dir. Bütün dünya bizim etdiklərimizə müxalif olsa da, "şərətin hökmünü" yerinə yetirməkdən imtina etməyəcəyik.

4. Hansısa dövlət, qrup və ya şəxs önümüzdə durub, İslam ehkamlarına əməl etməyimizin qabağını əngəlləməyə çalışsa, onları və bütün əngəlləri məhv edənə qədər döyüşəcəyik.

5. Yuxarıdakı nəzəri təməllərə əsaslanıb İslam Xilafəti yaradaraq, Tanrının ehkamını icra etmişik. İslam Xilafəti yaratmağın, qadınları ev dustağı etməyin, xristianlardan cizyə almağın və döyüşdə əsir olan əsgərləri öldürməyin əsasını İslam fiqhindən götürmüşük.

Çağdaş dünyanın bütün düşünərlərini iztirab və qorxuya salan elə yuxarıdakı nəzəri düşüncələrin yayğınlaşması və kök salmasıdır. Həmin nəzəri düşüncələrin izniylə dünyanın müxtəlif yerlərində ara-sıra Tanrı adına ortalığa çıxan şəxslər və qruplar beynəlxalq təhlükəsizlik və sülhü məhv etməyə qalxır, bütün iqtisadi, siyasi, ictimai qurumlar və toplumların mədəni mirasını məhv edir, dünyanı qanına qəltan edib, bütün rasional dəyərlər və düşüncələrin yerinə kor zorakılığı və qaranlıq doğuran siyasi təfəkkürlərini gətirirlər.

Bu təhlükəli nəzəri təməllərin ziddi nədir ? Rəsmi İslam fiqhi və kəlamı çərçivəsində bu təhlükəli nəzəri təməllərin heç bir cavabı və ziddi yoxdur, çünki elə İŞİD-in nəzəri təməlləri İslam fiqhi və kəlamından alındığına görə ona ciddi irad tutmaq olmaz.

İŞİD-in nəzəri təməllərini sarsıdan və ona zərbə vura biləcək yalnız və yalnız bir şey var: "İnsan Haqları Bəyannaməsi"nin tanınması.

Çağdaş dünyada hansısa qrupun Tanrı adından istifadə etməsinin, toplumun səsi ilə hakimiyyətə gələn qüvvələri qiyam, siyasi zorakılıq və qeyri-mədəni yollarla devirib, millətin səsinə əhəmiyyət vermədən müstəbidlik etməyə haqları yoxdur düşüncəsinin tanınması bu sayaq hərəkətlərin qarşısını ala bilər.

Siyasi stabillik yaranmasında iştirak, onun qaydaları və siyasi gücün tətbiqi ilə qorunması, hər bir toplumun bütün fərdlərinin hüququ və haqqıdır. Qeyd etdiyimiz "İnsan Haqları Bəyannaməsi" bəşəri olduğuna görə bütün dünya və toplumlarda tanınmalıdır.

İnsan haqlarının çağdaş dünyadakı doğruluğu və düzgünlüyü elə həmin təhlükəli nəzəri təməllərin ziddi və alternativi olmasındandır. Ancaq rəsmi İslam fiqhi və kəlamı vurğuladığımız təhlükəli nəzəri təməllərə cavab verib, onları məhv etməkdə çarəsiz və aciz olmaqla yanaşı, İŞİD və İŞİD-çilərin yaranması və çoxalmasına ortam yaradır.

Bütün İslam alimləri, fəqihləri İnsan Haqlarını tanımaqla, çağdaş dünyanın bir üzvü olub, İslam mədəniyyətinin inkişafı və yaşamasına yardım edər, ən böyük və tarixi hərəkəti etmiş olarlar. Biz müsəlmanların dini və tarixi görəvi bundan ibarətdir, məncə.

Tarix
2014.08.20 / 16:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla