Yuxarı

İstilərdə evi sərin saxlamağın 5 sadə yolu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az evi sərin saxlamağın və sağlam mikroiqlim yaratmağın sadə üsullarını oxucularına təqdim edir. Qoy mənziliniz sizinçün ən rahat, ekoloji təhlükəsiz yer olsun.

1. Günəş şüalarının otağı isitməsinin qarşısını alın. Bunu müxtəlif üsullarla edə bilərsiniz: pəncərəyə rulon şəklində pəncərə pərdələri, jalüz asmaqla. Lakin ən əlverişli və müasir vasitə isə pəncərə şüşəsinə yapşdırılan və işığı içəri buraxsa da, istiliyi saxlayan plyonkalardır.

2. Evin havasını münasib vaxtda dəyişin. İsti hava və tozu içəri buraxmamaq üçün gündüzlər pəncərələri bağlı saxlayın. Otağın havasını səhər tezdən və gün batandan sonra dəyişin.

3. Evdəki artıq əşyaları yığışdırın. Əsas da xalçaları. İstidə təmizlənmiş döşəmədə ayaqyalın gəzmək çox xoş olur. Həm də bu, evdə daha az toz yığınına, onun asanlıqla təmizlənməsinə kömək edir.

4. Evdə havanı nəm saxlayın. Bunun üçün xüsusi havanəmləndirici vasitələrdən istifadə edə bilərsiniz. Yox, əgər sizdə belə vasitələr yoxdursa, hər gün səhər soyuq su ilə yuyulmuş təmiz dəsmalla evi təmizləmək lazımdır. Bu, həm tozun qarşısını alar, həm də evdə təmiz hava yaradar.

5. Elektriklə işləyən məişət əşyalarından maksimum az istifadə edin. Televizor, kompüter, hətta elektrik lampalarından da istilik ayrılır. Odur ki, elektik əşyalarından daha az istifadə etməklə həm elektrik enerjisinə qənaət edər, həm də evin artıq isidilməsindən qaça bilərsiniz.

Tarix
2014.08.20 / 09:41
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla