Yuxarı

Avropa İŞİD-dən niyə qorxur – Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in İraqda sürətli işğalına anında reaksiya göstərən Avropa ölkələri bundan sonrakı vəziyyətdə nə etmək lazım olduğu mövzusunda qərar verməkdə çətinlik çəkir.

Suriya böhranında bu qədər qətiyyət göstərməyən avropalı hegemonlar Kürdüstan bölgəsində terrorçuların irəliləməsini bir anda durduraraq İŞİD-in Suriyaya geri çəkilməsi qərarını verdi. ABŞ-ın bölgədə hava zərbələrini intensivləşdirdiyi bir vaxtda Avropadan təkcə İngiltərə, Fransa və Almaniyanın bu bölgədə hərbi əməliyyatlara dəstək verməsi digər Avropa ölkələri tərəfindən o qədər də isti qarşılanmadı. İŞİD-ə qarşı Avropa Birliyi (AB) ölkələrinin vahid mövqeyinin olmaması fərqli bir yanaşmanın olduğunu ortaya çıxarmış oldu. İraq Kürd Regional Muxtariyyətinə (IKBY) hərbi dəstək verilməsinə ilk yaşıl işıq yandıran və bunu qeyri-şərtsiz yerinə yetirən Fransanın ən müasir silahlarını bölgəyə göndərilməsində heç bir Avropa ölkəsi ilə məsləhətləşməməsi regionda milli maraqların da fərqli məcrada inkişaf etdiyini təsdiq etdi.

İngiltərə isə İŞİD-ə qarşı mübarizədə Avropanın qabaqcıl ölkələrindən fərqli olaraq, Şərqi Avropa ölkələrindən alınan "Sovet tipli silah və sursatı" kürdlərə göndərməklə məşğuldur. İtaliya, Çexiya və Hollandiya kimi ölkələr hələki dəqiq qərar verməkdə çətinlik çəkir.

Axar.az xəbər verir ki, ekspertlər İŞİD-ə qarşı dövlətlərin bir anda birləşərək kürd ərazilərindən sıxışdırılıb çıxarılmasını "Suriya dərsi" ilə əlaqələndirir. Onların fikrincə, Suriyada böhranın ilk aylarında buna reaksiya verməyən Avropa hadisələrin növbəti raundunun belə dəyişəcəyini gözləmirdi. Buna görə də İraqda "İkinci Suriya" yaranmasın deyə, Avropa ölkələri bu addımı atdı.

Digər tərəfdən, İŞİD-in Suriyaya sıxışdırılmasının Avropa siyasətinə xidmət etdiyini deyən ekspertlər hegemon ölkələrin bununla da Əsəd rejiminin ömrünün bir az da qısalacağı fikrində olduğunu qeyd edir. Analitiklər İŞİD-in get-gedə böyüyərək dövlət halında yaranmasının Avropanın aşkar qorxusu olduğunu bildirir. İngiltərə Baş naziri Devid Kemeronun son çıxışını nümunə gətirən ekspertlər bu aşkar qorxunun yavaş-yavaş Avropaya yayıldığını, "bir müddət sonra İngiltərə küçələrində terrorçu görəcəyik" frazasının həqiqət olduğunu düşünür.

Əslində, İngiltərə Baş naziri Kemeronun məlum çıxışında İran və digər islam ölkələrinə üz tutması təhlükənin nə dərəcədə ciddi olduğunu açıq-aydın ortaya qoyurdu. Onun "Ortaq təhdidə qarşı əməkdaşlığın vacib olduğu ölkələr" sırasına İran, Səudiyyə Ərəbistanı, Qətət, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Türkiyə aid idi.

İŞİD-ə qarşı qorxu hissini ekspertlər İngiltərə Müdafiə naziri Maykl Fellonun "İnsan böhranına son qoymaq cəhdimiz terrorla mübarizə müstəvisinə keçdi" sözləri ilə də adlandırır. Bundan əlavə, mübarizə aparan ölkələrin daxilində İŞİD sevdalılarının olma qorxusunu nəzərə alaraq, onların prinsipial mövqeyini başa düşmək o qədər də çətin deyil. Terrora qarşı mübarizə başladığı bir vaxtda Avropadan yüzlərlə insanın terror qruplaşmalarına qoşulması problemin bölgə böhranından geosiyasi müstəviyə gələcəyini istisna etmirdi. Lakin AB ölkələri hələ də baş verən hadisələri İŞİD-Avropa qarşıdurması kimi yox, bölgədə yerləşən ölkələrlə İŞİD arasında yaranmış böhran hesab edir.

Avropa Birliyinin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun həyəcan təbili çalan çıxışı və İŞİD-i "fenomen" adlandırması yaxınlaşan təhlükədən xəbər verirdi. Bir müddət öncə xanım Eştonun "Bu fenomenə qarşı bölgə ölkələriylə görüşməyə, ortaq bir mövqe sərgiləməyimizə ehtiyac var" deməsi hərbi əməliyyatların çox da uzaq zamanda olmayacağına bir işarə idi.

Tarix
2014.08.20 / 09:35
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla