Yuxarı

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagird məktəbəqədər hazırlıq mərhələsində oxumağı bacarmalıdırmı?

Bu barədə fikirlər haçalanır. Çoxları əmindirlər ki, bəli, bacarmalıdır! Bunu onunla əsaslandırırlar ki, uşaq oxumağı bacararsa, dərsdə verilən materialı daha asan mənimsəyər.

Psixoloqlar belə hesab edirlər ki, məktəbə qədər uşağa yazmaq və oxumağı öyrətmək olar, ancaq 5-6 yaşlarından, daha bəziləri kimi 3-4 yaşlarından deyil. Nə üçün? Alimlərin fikrincə, uşağın beyni 5-6 yaşlarında kifayət qədər möhkəmlənib inkişaf etmiş olur. Pedaqoqlar isə bu fikirdədirlər ki, məktəbə qədər uşağa məxsusi olaraq oxumağı öyrətmək gərək deyil. Bu cür öyrətmək üçün mütləq tədrisin metodikasını bilmək lazımdır. Aydındır ki, valideynlərin əksəriyyəti belə biliklərdən məhrumdurlar, sonra müəllimlər uşaqları yenidən öyrətməli olurlar.

Əlbəttə, belə bir fikir də var ki, oxumağı bacarmayan uşaq öz sinif yoldaşlarından geri qalır, onda komplekslər yaranır, dərs prosesinə marağı ölür. Ancaq nəzərə almaq lazımdır ki, məktəbə qədər oxumaq-yazmaq bilən uşaqların da əksəriyyətində oxumağa həvəs tezliklə yox olur. Çünki ilk ayların proqramı onlar üçün maraqsız olur, çox ehtimal ki, uşaq darıxır və tənbəlləşir.

Nəticə belədir: əgər uşaq özü hərfləri, yazıb-oxumağı öyrənmək istəyirsə, burda pis heç nə yoxdur. Xüsusilə, əgər tədris peosesi oyunla ahəngdar şəkildə keçirilirsə. Yox, əgər uşaq məktəbə qədər oxumağı, yazmağı bilmirsə, bu da faciə deyil.

Bəs uşaq məktəbə qədər məhz nəyi mütləq bilməlidir?

Diqqət və yaddaşın inkişafı üçün uşaq aşağıdakıları bilməlidir:

1. Şeirləri yadda saxlamalıdır;

2. 10-a kimi və geriyə saymalıdır;

3. Toplama və çıxmaya aid sadə misalları həll etməlidir;

4. Kiçik hekyə və nağılları danışmalıdır;

5. Fikrini kiçik cümlələrlə ifadə etməlidir;

6. Mozaika və pazl hissəciklərini düzməlidir;

7. Plastilindən fiqurlar düzəltməlidir;

8. Qayçı və yapışqandan istifadə etməyi bacarmalıdır.

Bütün bunların hamısı uşaq bağçalarında öyrədirlər, əgər uşaq bağçaya getmirsə, valideyn də bu vərdişləri öyrədə bilər.

Valideynlər, diqqətli olun!

Məktəb yaşına çatmış uşaq yoldaşları ilə ünsiyyət qurmağı, müstəqil olmağı, artıq bəzi işləri ananın köməyi olmadan ozü həll etməyi bacarmalıdır.

Bunun üçün o:

1. Adını, soyadını, yaşını, təvəllüd tarixini;

2. Məktəbin adını və ünvanını;

3. Valideynlərinin adı, soyadı;

4. Ev ünvanını və telefon nömrəsini;

5. Yol hərəkəti qaydalarını;

6. Vaxtı, saatı;

7. İlin fəsillərini, həftənin günlərini bilməlidir.

Mütləq, məktəbdən əvvəl uşağın fiziki durmunu yoxlatdırmaq, əgər dil qüsurları olarsa, loqopedlə məsləhətləşmək lazımdır. Bir də unutmayın, ilk dərs günü uşağın keçirdiyi hiss-həyəcan, ona təsir edən ab-hava şagirdin bilik yolundakı gələcək addımlarına çox böyük təsir göstərir.

Tarix
2014.08.20 / 08:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla